Rəbiqə Nazimqızı - Sürpriz
17.02.14

Rəfiqələrin görüşü, yəqin ki, olmuş hadisədir, amma məhz bu cür - sizə danışacağım hadisə heç olmaya da bilər. Əsas bu deyil, əsas odur ki, belə hadisələrin baş vermə ehtimalı var.
Keçək mətləbə. Tamaşa göstərirlər. İki qadın. Bir-birinə. Kafedə ikisindən başqa heç kəs yoxdur. Amma veclərinə də deyil. Daha doğrusu, bütün qüvvələrini işə salıb cani-dildən görmədikləri tamaşaçıların eşitməyəcəkləri alqışları barədə düşünürlər. Amma bu alqışların sahibi bir nəfər olmalıdır. Daha güclüsü.
Arada ofisiant gedib gəlir. Masada çay, mürəbbə...
Tufanqabağı səssizlik deyil, amma necəsə səssizlikdir, sürprizqabağı deyək.
Birinci replika yaşca nisbətən balaca olanından gəlir. Daha doğrusu, biz ilk bu replikanı eşidirik. Üzr istəyirəm, eşitmirik, təsəvvür edirik ki, eşitdik...
Sakit. Diqqətli olun, başladı. Bu arada nəzərə alın ki, ikinci qadın bütün söhbət boyu işvə ilə danışır, sanki mimika və jestlərini, səsini ətrafındakı görünməyən pərəstişkar ordusuna hesablayır. Birinci qadın sakit görünsə də, bir az əsəbidir, bununla belə qalib gələcəyini bilir. Ona görə də hücumda odur:
- Limonu stəkana at. Oynama. Ofisiant qızdı axı. Sən də mən bilən hələ…
- Kim deyir ki, biz yalnız kişilərin xoşuna gəlməliyik?
- Sən düzələn deyilsən.
- Elə sən də.
Pauza. Müqəddimə üçün yetər. Əslində, söhbət ekspromt deyil, onlar ikisi də rollarını evdə yüz dəfə məşq ediblər. Hər ikisi öz tərəf-müqabilinin replikalarından xəbərsiz olsa da, ehtiyat gediş üçün variantları həmişə var. Necə olsa, qadındırlar axı. Yenə hücumda yaşça kiçiyidir. Əslində, yaşın məsələyə dəxli yoxdur, sadəcə, biz onları necəsə fərqləndirməliyik, ya yox. Məsələn, saçlarının rənginə görə, geyim tərzlərinə əsasən. Amma bu vaxt və istedad tələb edir. Mənimsə vaxtım azdır. Ona görə sözü verirəm balacaya:
- Yaxşı, məni niyə çağırmısan?
- Səni görmək istəyirdim, darıxmışdım da. Çoxdandır görüşmürük (pauza gedir - müəl.). Hə, Arifənin nişanından sonra…
- Məndə günah yoxdu, vallah. O qız axmaq idi. Nəyinə yaraşırdı axı Samir onun? Əslində, mən istəmədən onlara yaxşılıq elədim. Onsuz da tec-gez ayrılacaqdılar.
- Hə, o biri rəfiqələrimiz kimi…
- Demək istəyirsən ki, hamısında günahkar mənəm? Canları çıxaydı, düz adamları seçəydilər. Qadın görəndə dodağı beş yerdən çatlayan tin uşaqlarını yox.
- Yaxşı, bəs Məleykə?
- Onun əriylə aramızda heç nə olmayıb. Məleykə özü uydururdu…
- Yaxşı e. Köhnə palan içi tökməyək.
Yox, imkanları olsa, səhərədək hesab çürüdərlər, amma bizim qadınlar bir az fərqli qadınlardır. Dalaşsalar da, axırda barışacaqlar. Özü də öpüşüb-görüşüb ağıllı-başlı ayrılacaqlar. Əvvəla, ona görə ki, qadındırlar, ikincisi, əsas səbəbi sonda biləcəksiniz, tələsməyin, üçüncüsü, mən əhvalata pozitiv son vermək istəyirəm. Fikrimcə, bu sizin üçün də xoş olar. Bizdə ölüm, ayrılıq, göz yaşı yoxdu. Bizim aktrisalarımız peşəkardırlar.
Amma deyəsən, qəhrəmanlarımın birinə simpatiyam çox olub axı, söhbətə elə hey o yön verir. Olmaz belə. Balansı gözləmək lazımdı. Haydı, işvəli gözəl, replikanı özün söylə:
- Hə. özümüzdən danışaq. Neynirsən, nə iş görürsən? Şəxsi həyatında nə var, nə yox?
- Maraqlı heç nə.
- Axı dedilər, səni qəşəng bir oğlanla bir yerdə görürlər tez-tez.
- Nədi, ola bilməz ki?
- Yox, niyə olmur ki, amma sən ciddi qızsan axı.
- Evlənməyə hazırlaşırıq, amma işlərimizi qaydaya salandan sonra. Toyda sən də olacaqsan.
- Yox, toyadək ürəyim dözməz, de görüm, hardan tanış olmusan, kimdi, nə iş görür?
Öz aramızdı, balans öz-özünə aradan qalxır. Bu balaca qız mənə aman vermir, elə böyüyə də:
- Niyə maraqlanırsan, xeyir ola?
- Dəlisən? Səninçün sevinirəm… Dayan e, yoxsa qorxursan?
- Qətiyyən.
- Yalan demə.
- Nədən qorxum ki?
- Səncə, mən çirkin qadınam?
- Yox, əksinə, çox gözəlsən.
Bax, bu yerdə balaca səmimidir, özü də qəti paxıllıq eləmir. Hərçənd, böyüyü buna inandırmaq çətindir. Özünüz dinləyin də:
- Sən inanmırsan ki, mənim başdan çıxara bilməcəyim kişi yoxdu yer üzündə?
- Şübhə eləmirəm. Amma bircə onu yox.
- Niyə? Kişi deyil?
- Bacarmazsan.
- Yaxşı da. Ürəyimi partlatma. De görüm kimdi. Tanıyıram?
- Çoxdan.
- Doğrudaaan? Kimdi? Yaraşıqlıdı?
- Olduqca.
- Ağıllıdır?
- Çooox.
Böyük bir az da yaxına gəlir, yox, məqsədi rəfiqəsinin sevgiisini ələ keçirmək-filan deyil, bu dəqiqə onu ciddidən də yalnız maraq idarə edir. Hə, özü də tələsir deyə, sözü verək ona:
- Maraqdan öləcəm indi. Səməd ola bilməz, Məcid də deyil. Sənin xoşuna gələcək kim var axı?
- Ağlına da gəlməz.
- Mərc gələk, üçcə günə ayaqlarıma düşüb yalvaracaq?
- Uduzarsan.
- Mənim uduzduğum olmayıb hələ.
- Bu dəfə yox.
- Niyə axı e? Kimdi ki bu məğlubedilməz?
- Qardaşın.
Bu yerdə qadınların üzünü iri planda göz önünə gətirmənizi məsləhət görmürəm, çünki bilirəm ki, onsuz da elə belə edəcəksiniz, başqa variantınız yoxdur. Ona görə də sizin təsəvvür etməyəcəyiniz şəkildə tamamlayıram əhvalatı: "Düz on iki saniyədən pərdənin o üzündə - yəni mətndə belə bu məqamda üzünü görə bilmədiyimiz qadınların şaqqanaq çəkib güldüklərini eşidə bilərdiniz - əgər hər şey mənim danışdığım kimi olubsa və əlbəttə ki, siz həmin kafenin qapısını açıb təsadüfən içəri girmisinizsə...
Belə də ki, mən sizə öz bildiyim variantımı danışdım, inanmasanız, öz variantınızı uydura bilərsiniz, əmin olun ki, heç kəsin xətrinə dəyməyəcək. Dəysə də, bilməyəcəksiniz. Çünki nə o qadınları tanıyırsınız, nə də məni...

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.