Rövşən Yerfi - Sanitarlar
17.02.14

Povestdən parça

        İkram sanitarlar arasında yeganə şəxs idi ki, evli idi. Həbs olunmamışdan altı ay qabaq evlənmişdi. Şəhər kənarında kirayə ev tutub yaşayırdılar. Türməyə düşəndən bir neçə ay sonra qızı da olmuşdu. Bundan əvvəlki zonda yoldaşı iki dəfə görüşünə gəlmişdi. Bilirdi ki, ailəsi əziyyətlər içində yaşayır, tez-tez görüşə gəlmək imkanı yoxdur.  Həm kasıbçılıqdan, həm də bu zona gələndən Əhlimanın günahı üzündən sanitarların briqadiri olduğuna görə utanırdı, istəmirdi yoldaşının gəlməyini. Nəzarətçilərdən birinin  - Məmmədin onların yaşadığı ünvana yaxın ərazidə yaşadığını öyrənəndə sevindi. Onun üçün də Məmməddən yoldaşı ilə tanış olmağı, lazım gələndə ismarıclarını ona çatdırmağı xahiş etdi. Məmməd etiraz etməmişdi. Xeyli vaxt idi, o, Məmməd vasitəsilə ailəsindən xəbər tutur, pul olmasa da, zonda düzəldilən suvenirlərdən ona hədiyyələr göndərirdi.
        Həftənin birinci günü idi. Günortadan keçmiş, yanına görüşə gələnin olmasını xəbər verdilər. Heyrətləndi, görən kimdi onu xatırlayan? “Arvadındı”, - sözünü eşitcək narahat olmaqla yanaşı ürəyində yoldaşına acıqlandı:”Axı, ona xəbər göndərmişdim, məktub da yazmışdım ki, görüşə gəlməsin. Nə baş verib ki, gəlb?”
        Adətən birinci günlər görüşməyə gələnlər az olurdu. Görüş kağızının rəis tərəfindən imzalanmasına çox vaxt getmədi, görüşə baxan iri cüssəli nəzarətçi onu otağa çağırdı. Həyəcanlanmışdı, ildən artıq idi yoldaşını görmürdü.
        Yoldaşı görüşə uşaqsız gəlmişdi. Xeyli dəyişmiş, baxışları soyuqlaşmış, yadlaşmışdı. Ümumi, geniş dəhlizdə onlar üçün ayrılan stolun arxasında üzbəüz əyləşdilər:
            -Salam. Sənə xəbər göndərmişdim axı, gəlmə. Niyə gəlmisən? Nə olub, xeyirdimi? Yoxsa uşağa nəsə olub? Uşaq yaxşıdımı?
            -Uşaqdı da... Yaxşıdı...
        Yoldaşının candərdi, könülsüz cavabları heç xoşuna gəlmədi. Sözlü adama oxşayırdı:
            -Bilrsən, niyə gəlmişəm, sözün qısası, mən ayrılmaq, boşanmaq istəyirəm səndən...
            -Məndən? Niyə?
        Eşitdiyi sözlərdən İkramın halı dəyişdi. Olmaya Məmməd  ona sanitarların briqadiri olmasını xəbər verib? Bu səbəbdənmi  daha onun arvadı olmaq istəmir?
            -Sənə rast gəldiyim gündən bir xoş gün görmədim. Həmişə əzab-əziyyət içində oldum. Atan-anan məni qəbul etmədi. Ümidlərimi puç etdin. Təzəcə ailə qurmışduq tutuldun, qaldım tək. İndi də Allah bilir, sən nə vaxt qayıdacaqsan, mənə kömək olacaqsan. Çətindir tək yaşamaq, üstəlik körpə saxlamaq... Heç yerdən köməyim yoxdur. Nə özümünkülərdən, nə də sizinkilərdən mənə bir insan kömək əlini uzatmır...
        Düz deyirdi yoldaşı. Ucqar əyalətdən şəhərə özünə gün qazanmağa gəlmiş kimsəsiz bu qızı vaxtilə, o, xoşbəxt etmək istəmişdi. Təsadüfən telefonda tanış olmuşdu. Ata-anası bu təsadüfi qızla ailə qurmasına qarşı çıxmış, xeyir-dua verməmişdilər. İnad edəndə isə, taleyin ümidinə buraxıb: “get necə istəyirsən özün yaşa, bizlik deyilsən”, - demişdilər. Bəlkə də haqlı imişlər...
              -Fikrin qətidir?
        “Xanımı” susub başını təsdiq mənasında silkələdi.
             -Adam tapmısan özünə?
        Yenə başını tərpətdi.
             -Soruşmaq ayıb olmasın, kimdir? Mən tanıyıram? Əgər məndən yaxşıdırsa, etirazım yoxdur.
        Yoldaşı onun belə asan təslim olacağını gözləmirdi. Məmnunluğundan çox düşünməyib pıçıltılı səslə cavab verdi:
            -Məmməd...  
            -Hansı Məmməd?
            -Sənin üstümə göndərdiyin “nadzor”...
        İkram eşitdiyi cümlədən şoka düşdü. Qulaqlarına inanmadı. Oturduğu yerdə bir xeyli donub key-key baxdı:
            -Sevirsən onu?
        Zalımın qızı arsız-arsız, bir daha başını tərpətdi.
            -Daha onda nə gözləyirik? Gedim çağırım onu. Elə burada kəbininizi kəsdirək, qurtarıb getsin, - dəli kimi ayağa durdu, danışmasına imkan vermədi, - gözlə, beş-on dəqiqəyə onu özümlə gətirib qayıdıram.
      İkram yaydan çıxan oxa dönüb hövlənak özünü görüş yerindən müəssisənin içinə atdı. “Namussuz gədə”, - beynində yalnız bu iki söz vardı. Əsəbindən ürəyinin döyüntüsünü qulaqlarında eşidirdi: “Necə var bu oğraşı öldürməliyəm”. Yadına gizlin düzəltdirdiyi, xəlvət yerdə saxladığı cib bıçağı düşdü. Sanki, havalanmışdı: “Binamus, gör necə mənim etibarımdan sui-istifadə edib...”
       Axtarıb bıçağı tapıb cibində gizlətdi. Sonra da nəzarətçilərin otağına yaxınlaşıb Məmmədi soraqladı. Aldığı cavabdan heyfsiləndi: Məmməd səhər növbədən çıxıb evinə getmişdi. Bir də sutka ötəndən sonra işə gələcəkdi.
      Görüş yerinə, yoldaşının yanına peşman qayıtdı:
            -Tapmadım Məmmədi, “smen”dən çıxıb. Yoxsa elə məsələni birdəfəlik həll edərdik.
      Arvadı onun səsinin və rənginin dəyişməsindən narahat olaraq yerində qurcalandı:
            -Qoymadın sözümü deyəm. Mən bilirəm Məmməd işdə deyil. Onun olub, ya olmamasının bir əhəmiyyəti yoxdur. Sən kimliyi ilə maraqlandın, mən də ona görə adını çəkdim. Gəlməkdə əsas məqsədim odu ki biləsən, boşanma ərizəmi alanda təəccüblənməyəsən...
        İkramın sağ cibində əlinin içində saxladığı cib bıçağı yaratdığı təlaşla ürəyini yerindən çıxarıb “nəfəsini kəsirdi”. O, bu bıçağı götürmüşdüsə, mütləq işlətməli idi. Ən azından özünə vuracaqdı.
        “Xanım” ayağa durub getmək üçün hazırlaşdı:
            -Hə, bir də onu deyim ki,  bax, Məmmədə heç bir kəlmə də pis söz deməyəsən. Onun heç nədə günahı yoxdur. Hər şey mənlikdir.
        İkram onun bu “himayədarlığına” daha dözə bilmədi. Ona tərəf addım atıb, əsəbindən əsərək gözlənilmədən əlindəki bıçağı arvadının sinəsinə çəkdi:
            -Məmmədin də, sənin də nəslini, var-yoxunu, qancıq...
        Bıçağın ağrısından arvadı qışqırdı:
           -Qoymayın, öldürdü məni, kömək edin...
        Yaxınlıqdakı zabit və nəzarətçilər tez İkramı ondan araladılar. Son anda əli titrədiyindən bıçaq arvadının sinəsini deyil, döşünü yaralamışdı.
        Qadın üçün təcili tibbi yardım çağırdılar. İkramı isə qandallayıb karsa atdılar.
        Hadisədən xəbər tutan Əhliman dərhal Məmmədə xəbər yolladı ki, bir daha bu müəssisəyə gəlməsini ağlına gətirməsin, ərizəsini yazıb Baş İdarəyə getsin.
        İkram az keçmədi, yeni cinayət törətməkdə təqsirləndirildiyinə görə istintaq təcridxanasına göndərildi. Sanitarlara briqadirlik etmə “səlahiyyəti” hələlik Ayaza verildi.


Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.