Aliq Nağıoğlu - Məhrəm
07.02.14

Hekayə

    Otaqda ikisi idi. Hərdən ordan-burdan söhbət salsalar da bir-birini yaxşı tanımırdılar. İndi münasib fürsət yaranmışdı.
    -Sən cəbhədə nəçi idin?
    -“Sadko” sürürdüm, pexotaya ərzaq, silah-sursat və başqa şeylər daşıyırdım...
    -Onda sən pexotada qulluq edibsən?
    -Hə də.
    -İdmançı olduğum üçün məni kəşfiyyata yazdılar... İlyarımdı tərxis olmuşam, hələ avaralanıram. Burada mənə həm yaxşıdı, həm də kədərlidi... Eşitmişəm sənin də başın oynuyub. Keçib gedər, bir az səbir elə. Canımızı oda atdıq, ölümlə üz-üzə qaldıq, kişi kimi vuruşduq, bəziləri qırmızı bilet alıb yayındı. İndi lazımsız olmuşuq, lazımsız olmaq üzücüdür...
    -...
    -Niyə susursan? Bəlkə düz danışmıram? A-a, bağışla sənin başın... Gəl sənə öz başıma gələnləri, bura düşməyimin səbəbini danışım... Qəribə işlər olur həyatda...
    -Noolar, danış.
    -Deməli, belə. Bəlkə çəkməyə bir şeyin olar?
    -Mən çəkən deyiləm.
    -Mən də ordudan qayıdandan sonra tərgizmişdim, amma hərdən özümçün mırt eləyirəm. Demək, növbəti kəşfiyyat tapşırığından qayıdarkən çiskində azıb yoldaşlarımdan ayrı düşdüm. Səhərə yaxın dağlarda qatı duman olur. Əlimdə avtomat dilxor halda qalın meşənin içi ilə gedirəm, özüm də bilmirəm hara. Açıq talaya çatanda görürəm ki, bir az aralıda erməni əsgəri vurnuxur. Lap sütülün biri, üst- başı tərtəmiz, yaraşıqlı, boylu-buxunlu, kəsəsi builki molodoy. Qəfil qarşılaşmadan ikimiz də bir-birimizin üzünə baxıb duruxuruq. O, gülümsünüb əlini yelləyir ki, arxayın olum, yəni atmayacaq; hərdən səngərdə də hər iki tərəf belə işarələr edir axı. Şübhəsiz mən də özümə gəlib əlimi tərpədirəm. Sonra ehtiyatla, çəkinə-çəkinə üz-üzə addımlayırıq, avtomatları hərə öz yanına qoyub göy otun üstündə otururuq. O, öz çantasını açır, dəsmal çıxarıb sərir, dədəm gəl, ordan nələr boşaltmır: çörək, şokolad, pendir, suxarı, alma, filyaqasında da erməni konyakı. Əli ilə, sanki göstərir ki, çəkinmə ye. Mən də bir gündür acam, ye ki, yeyəsən, o isə yemir, durub mənə tamaşa edir. Sonra öz veşmeşokumu açıb içindəkiləri təmiz yerə boşaldıram: patronlardan başqa bir şey yoxdur. Kəşfiyyatdan qayıdıb azanın nəyi olar? Ona yaxından diqqətlə baxıram, eynən mənimtək çox cavandır.  O, bizim dili onsuz da bilmir, ona görə soruşuram:
    -“Dığa it oğlu, hardan gəlib çıxmısan, kim səni,- əlimlə torpağı göstərirəm,- bura çağırdı? “ O isə cavabında deyir:
    -“Məcburi gedişdir, əgər imtina etsəydim, özümüzünkülər məni öldürəcəkdi, axı müharibədir”.
    -İtin balasıdır yalan deyən, inanırsan inan, inanmırsan özün bilərsən, hər şeyi başa düşürəm. Həm də beynimdən ani olaraq keçir ki, yəni mən kəşfiyyata gedib gəldikcə ermənicə öyrəndim? Ac olduğundan basıb hər nə varsa, yeyirəm. Erməni əsgəri dəsmalı çırpıb səliqə ilə qatlayıb çantasına qoydu. Qalxıb gedəndə mənə öz dilində dedi:
    -“Mən atmayacağam ha”.
    -Babalar goru, söylədiklərini adım kimi düppədüz başa düşürəm. Odur ki, ürəklə ona deyirəm:
    -”Sən də çəkinib eləmə, getginən, mən əclaf deyiləm”.
    Mən öz dilimizdə, o erməni dilində danışsa da bir-birimizi yaxşı anlayırıq.
    O, gəldiyi səmtə yeriyir, mən geri addımlayıram. Ancaq ürəyim əsir, elə bilirəm məni aldadır, bu saat çönüb kürəyimi alışdıracaq: bu da sənə düşmən çörəyinin duzu. Zorla gedirəm, nəşəli başımda onun məni arxadan gülləbaran eləməsi, mənim qollarımı yana açıb huşsuz yerə sərilməyim canlanır. Bu dəm beynim qızır, gözlərim ayaqlarımın altını görmür, artıq dözə bilmirəm və kəskin şəkildə çönüb avtomat darağını onun kürəyinə boşaldıram. O kinolardakı kimi ağır-ağır yerə gəlir. Çantası çiynindən düşür, yo-ox, əvvəl dəlik-deşik olmuş çantası, sonra da özü yavaş-yavaş yıxılır... Filmlərdə görmüsən də... Nöş çorta getmisən, sən canın heç siqaretin yoxdur? Ciyərim yanır...
    -Öldürdün?
    -Bə nədi. Bura lap zəhləmi töküb, girib-çıxırlar, fısxırdırlar, tüstü iyindən burnumun içi gicişir. Belə yerdə gərək çəkəsən-zəhəri zəhərlə çıxardasan. Hə-ə, harda qaldım?
    -Yıxılan yerdə.
    -Kimin?
    -Erməni əsgərin.
    -Demək, belə, yıxılandan sonra inandım ki, bədbəxt dığa yalan demirmiş, mənə atəş açmayacaqmış. Ona görə nə qədər gec deyil bu lənətə gəlmiş yerdən qaçıb uzaqlaşmaq lazımdı. Ancaq özün-özündən, öz vicdanından hara qaçacaqsan? Bu hadisənin vahiməli xofu məni kabustək izləyir. Sən işə bax, indi sap-sağlam, canlı adam kimi hər gecə yuxuma girir, qapıda durub mənə baxır, eynən sənin kimi. Mən ona:
    -“İtil, cəhənnəm ol”,-deyə acıqlanıram, o isə halını pozmadan gülümsünür. Sonra ermənicə cavab verir, mən dediklərini başa düşürəm, hə deyir:
    -“Mən səndən inciməmişəm ki qardaş!”
    Və gülümsəməkdə davam edir. Mən cinlənib özümdən çıxıram:
    -“Nəyə gəlmisən, mən axı səni öldürdüm?”
    -“Elə belə gəldim, dedim bir az söhbət edək”.
    -“Ay zırrama, axı sən ölübsən?”
    -“Hə-ə, başqaları üçün ölmüşəm, amma səninçün sağam”.
    -“Bəs belə de, gərək məni bağışlayasan, əsəblərim tamam korşalıb, həm də o zaman beynimdən keçdi ki, sizinkilərə etibar yoxdur, ləngisəm, sən məni cəhənnəmə vasil edəcəksən”.
    O isə hələ də uşaqtək sadəlövhcəsinə gülümsünür, yaxına gəlib dəmir çarpayıda oturub deyir:
    -“Unut getsin, mən səndən inciməmişəm ki, bizdə hər şey yaxşıdı”. Demə, “yaxşı” onlarda da elə yaxşıdı. Çıxıb gedir. Dedim bir daha gəlməz, lakin hər gecə gəlməkdə davam edir, biz ordan-burdan danışırıq. Və mən get-gedə belə hərəkətlərimlə hamını bezdirdiyimdən, elə bildilər dəli olmuşam, başım oynayıb, ona görə məni psixiatrik xəstəxanaya gətirdilər. Düz altı aydır burda müalicə alıram. O da gəlməkdə davam edir. Mənə doğma, məhrəm adam kimidir. Özümüzünkülərdən ayırmıram. Tədricən bir çox şeyə öyrəşirlər. Artıq ona öyrəşmişəm. Gecikəndə yerimə qor dolur, bayılıram. Bizim çoxsaylı söhbətlərimizdən hətta kitab yazmaq olar. Lənətə gəlmiş müharibədən kimlərəsə xatirə, kimlərəsə ad-san, kimlərəsə maddi ehtiyac qalır... Necə düşünürsən, müalicə olunuram, dərman qəbul edirəm, günlərin birində, lənət sənə kor şeytan, yəni gecələrin birində, o, yox olsa, mənimlə nə olacaq? Sözün düzü, mən onsuz öz həyatımı təsəvvür edə bilmirəm. Onsuz yaşamaq mənimçün it əzabıdır. Hələ gözləyirəm. Gözləməksə ağırdı. Belə baxanda adam ölümün yoxluğuna inanır. Nə fikrə gedibsən? Yoxsa yatmısan?
    -Yoox, fikirləşirəm.
    -Hə-ə, əgər sirr deyilsə, nə barədə fikirləşirsən?
    -O lənətə gəlmiş va-ar, yoxsa yox?!


Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.