Səxavət Sahil - Sərxoş qadın
31.01.14

Yazıçı dostum Kənan Hacı ilə Yasamalın qədeşvari çayxanalarının birində çay içib dərdləşirdik. Gün əyiləndən oturub, dağı arana, aranı dağa aparıb kəklikotulu çaya dəm tutmuşduq. Saat 10-11 ararsı qalxıb evə doğru yol aldım.Avtobusa mindim. Avtobusda gündüzün basa-basından əsər-əlamət qalmamışdı. Salonda yeddi-səkkiz sərnişin olardı. Hər kəs bilir ki, salonun lap axırıncı oturacağı sakit bir yerdir, necə deyərlər, gözdən -könüldən uzaqdır. İmkan olan kimi özünü dürtürsən ora, ta istədiyin dayanacağa qədər şellənirsən. Əli uşaqlı qadınlar, gözü eynəkli qocalar gələndə rahat yerindən qalxmağa ehtiyac qalmır. Nə gizlədim, mən də avtobusun sonuncu oturacağında əyləşməyə adət eləmişəm. Bu dəfə də adətimə xilaf çıxmaq istəməsəm də baş tutmadı. Arxadakı uzun oturacağın tən ortasında, 30-35 yaşlı, orta boylu, dolu əndamlı qadın əyləşmişdi. Kök qadın desəm daha düzgün olar. Vəziyyəti belə görüb arxaya keçmək fikrindən daşındım. Təqribən bir dayanacaq gedəndən sonra avtobus sürücüsünün qəfil eşidilən səsindən diksindim:

- Ay xanım, ora uzanmaq üçün deyil, içəridə sərnişinlər var, ayıbdır.
İstər-istəməz arxaya baxdım. Gözlərimə inanmasam da, həqiqət qarşımda məyusedici mənzərə yaratmışdı. Həmin bu dolu əndamlı qadın heç kimi vecinə (və yaxud nəyinəsə) almadan oturacağa sərələnmişdi. Əllərini cütləyib başının altına qoymuşdu, çantası isə salonun döşəməsinə düşmüşdü.

Avtobus sürücüsü daha da əsəbiləşdi:

- Səninlə deyiləm, ora yatmaq üçündür? Dur, düş aşağı. İçəridə sərnişinlər var,düş aşağı.

Qadın, sərnişinlər üçün olan dayaqdan tuta-tuta birtəhər qalxıb, göz qapaqlarını zorla açdı, yuxulu-yuxulu qırıq-qırıq, anlaşılmaz sözlər dedi.
Artıq mənə və digər sərnişinlərə, gecə olsa da, gündüz kimi aydın idi ki, xanım sərxoşdur. Necə deyərlər, nəyi var vurub!

Avtobus sürücüsü ilə sərxoş qadın sərnişin arasındakı dialoqu bura yaza bilmirəm. Etik qaydalar bir yana, bəlkə də indiyədək bu “deyişmə” zamanı istifadə olunan sözlər heç vaxt, heç yerdə yazılmayıb. Kağız üzü görməyən ifadələri eşidən digər iki xanım abrına qısılıb avtobusdan düşdü.

Sürücü ilə sərxoş qadın arasındakı “söz güləşi” qızışırdı. Lap qabaq sırada oturan 60-65 yaşlı kişi eşitdiklərinə dözməyib sürücüyə qahmar çıxmaq istədi.

- Ay xanım, eyib deyil sənin üçün, özünü apara bilmirsən. Məgər, avtobus yatmaq üçündür ? Polis çağırıb səni düşürək?!

İri əndamlı qadın, özünü tarazlayıb ayağa durmaq istədi, bacarmadı. Sürücünü buraxıb, kişi sərnişini söyməyə başladı.

-Sən kimsən, mənə nəsə deyəsən. Atanın avtobusudur, şofer bilər, mən bilərəm. Ay... oğlu ...

Yazıq kişi yaman pərt olmuşdu. Bəlkə də bu vaxta qədər onu keç kim belə “şirin” sözlərə qonaq etməmişdi. Sərxoş qadın isə kişidən əl çəkmirdi ki, çəkmirdi. Səsini qaldırmağından hiss olunurdu ki,bərk əsəbləşib. Ayağa qalxmağa çəhd eləməsi ilə, döşəməyə yuvarlanmağı bir oldu. Bir təhər oturacaqlardan tutub ayağa qalxdı. Üst-başı toz-torpağın içindəydi. Gedib, sürücüyə qahmar çıxan kişinin başının üstünü aldı. Söyüşün biri bir qəpik. Yazıq kişi utandığından bilmirdi ki, neyləsin. Sərxoş qadın yumruqlarını düyünləyib, kişini hədələyirdi:

- Məni polislə qorxuzursan, sən kimsən axı?!

Çarəsiz kişinin “ay xanım, əl çəkin məndən” yalvarışının da faydası olmadı.

Gülməli və ağlamalı vəziyyət yaranmışdı. Gördüyüm mənzərədən məyus olmuşdum.İçkinin təsirindən pis vəziyyətə düşən kişiləri çox görmüşdüm,lakin qadının bu rəzil halı ilə ilk dəfə rastlaşırdım.Düzü, qadının bu qədər “çoxmərtəbəli” söyüşlər bilməsinə təəccüb edirdim.

Avtobus 20 yanvara çatanda sərxoş qadın nəhayət, kişidən əl çəkdi.Sürücüyə yaxınlaşdı.Sükanın sağ tərəfindəki dolab sürməsinə oxşar, üstünə qəpik düzülən taxta qutudan 20 qəpik götürüb ona uzatdı.Çətinliklə avtobusdan düşüb, adamların içində gözdən itdi...

İnterpress.az

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.