Cavid Zeynallının “Leyla” romanının təqdimatı keçirilib
25.01.14

“APA Holding”də Cavid Zeynallının “Leyla” romanının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, yazıçı Etimad Başkeçid, “APA Holding”in prezidenti Vüsalə Mahirqızı, “APA Holding”in Direktorlar Şurasının sədri Nurşən Quliyev, Lent.az informasiya portalının direktoru Qabil Abbasoğlu və başqaları iştirak edib.
 
“Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə “Leyla” romanının ilk oxucusu kimi əsərin ədəbi kriteriyalara cavab verdiyini söyləyib: “Bizim redaksiyada bütün materialları təbii olaraq bir adamın oxuması qeyri-mümkündür. Ona görə də materialları işçilər arasında bölürük. Cavidin əsərini isə şəxsən özüm oxudum. Onun ilk əsəri “Günəşi gözləyənlər”i də oxumuşdum. Romanda yerli şou-biznes aləmində baş verən problemlər, insan faciəsindən bəhs olunur. Ümumilikdə, əsər yaxşı alınıb. Biz “Azərbaycan” jurnalının iki nömrəsində “Leyla”nı çap etdik. Bu romanın çapından sonra Cavidlə dostlaşdıq. Mən gənc dost qazandım”.
 
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı əsəri “Azərbaycan” jurnalında oxuduğunu diqqətə çatdırıb: “Cavidin əsərində ən yaxşı məqam ondan ibarətdir ki, əsər səni sonuna çatmağa vadar edir. Əsərdə bir emosiya var. Süjetin özündə konfliktlər var. Bu baxımdan maraqlı əsərdir. Bənzətmələrə rast gəlmədim. Bu, çox sevindirici haldır. Bu gün çox təəssüflər olsun ki, kitab satışı, ümumiyyətlə, kitabla dolanmaq çox çətindir. Arzulayıram ki, gələcəkdə Cavid, o cümlədən digər gənc yazıçılar əsərlərindən qazandıqları vəsait hesabına özlərini dolandıra bilsinlər”.
 
Kitabın redaktoru Etimad Başkeçid isə son günlər romanın müğənni Röya Ayxandan bəhs etməsinə toxunub: “Son günlər yazırlar ki, roman Röyanın həyatından bəhs edir. İstənilən müğənni özünü bu romanda görə bilər. Bu onların problemidir. O ki qaldı kitaba, onun redaktəsinə, redaktə məsələsində elə bir problem yaşamadım. Çünki Cavid peşəkar yazıçıdır”.
 
Nurşən Quliyev, İlqar Əlfioğlu, Qabil Abbasoğlu, Cavid Cabbaroğlu, Nəsimi Nəbizadə, Kənan Hacı, Qismət də roman haqda fikirlərini bildiriblər.
 
Sonda Cavid Zeynallı kitab haqda danışıb: "Leyla bir müğənninin obrazıdır. Onun timsalında mən Azərbaycan şou-biznesinin çağdaş durumunu və şou-biznes mühitində bir insanın faciəsini göstərməyə çalışmışam".
 
“Kulisin kitabxanası” seriyasından çap olunan “Leyla” romanında Azərbaycan şou biznesinin ən tanınmış dörd müğənnisinin obrazı yaradılıb. Kitab "Hədəf" nəşriyyatında çap olunub.
 
“Leyla” romanı yazıçının sayca ikinci romanıdır. Yazıçının ilk romanı “Günəşi gözləyənlər” 2010-cu ildə işıq üzü görüb. /APA/

Yenililklər
22.05.24
Kənan Hacı - Salman Mümtaz Leninə nə deyəcəkmiş?
22.05.24
2024-cü ilin Ədəbiyyat üzrə Beynəlxalq Buker Mükafatının qalibi məlum olub
21.05.24
Professor Edmund Herziq: Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu üç dildə nəşr ediləcək
21.05.24
Azərbaycanda iki teatrın adı dəyişdirilir və işçilərinin maaşı artırılır
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.