Əfsanə Laçın - Şaxta babam
13.01.14

3.01.2014

Hələ də nağıllara inanmağı bacaranlar üçün...

Aylar keçirdi, il dolandı, yeni nağıllar yarandı. Bir sehr etdim qış gəldi. Nağıllar qar dənəciyinə dönüb yerə yağdı. Yağan qardan “Qar adam”ı yapdım. Bir hekayə uydurdum. Danışım siz də dinləyin. Hekayəm bitər-bitməz “Qar adam”ım əriyəcək...
Buzlaq adında bir ölkə varmış. Bu ölkə qışdan başqa fəsil, ağdan özgə rəng tanımazmış. Şəhərlərində, kəndlərində, qəsəbələrində yalnız “Qar adam”ları yaşarmış. Onların “şah yeməy”i dondurmaymış. Meyvəli dondurmanı çox sevən “Qar adam”ları damsız büllur evlərdə yaşarmış. İçinə qar yağmayan ev, ev sayılmazmış. Qar dənəcikləri buz yelləncəklərdə yellənərmiş. Ölkədə bir nəqliyyat növü varmış, o da xizəklərmiş.
“Qar adam”ları hamsı yaşı məlum olmayan Şaxta adlı ababnın nəvələrimiş. Sizə də məlum oldu ki, Şaxta babanın ailəsi böyükmüş. Gəlin bu böyük ailə ilə tanış olaq:

Şaxta baba- Buzlaq ölkəsinin patşahı
Sırsıra nənə- Şaxta babanın xanımı
Sazaq- Şaxta babanın oğlu
Buz - Şaxta babanın gəlini
Qar dənəciyi- Şaxta babanın qız nəvəsi
Qar topası- Şaxta babanın oğlan nəvəsi
Soyuq- Şaxta babanın qızı
Aysberq- Şaxta babanın kürəkəni
Qar qız- Şaxta babanın qız nəvəsi
Don- Qar qız- Şaxta babanın oğlan nəvəsi

Saysız-hesabsız Qar adamları - Şaxta babanın nəticələri, kötücələri və iticələri

 
Bir gün Şaxta baba həmişəki kimi kitab oxuyurdu. O kitabdan öyrəndi ki, sən demə başqa ölkələrdə də ilin 3 ayı qış olurmuş.  Baba qış olan şəhərlərə, kəndlərə qonaq getmək qərarına gəldi. Şaxta baba uşaqları sevindirməyi də özünə peşə etmişdi. Bütün balacalar da onu çox istəyirdi. Ona görə də uzaq-uzaq llərdə də çoxlu körpə balaların olduğunu bilən qoca “Əliboş qonaq getməzlər” deyib torbasını hədiyyələrlə doldurdu.  Maralalrını xizək ayaqlı arabasına qoşub səfərə çıxdı. Qarı incitməsin deyə göyün üzü ilə yola düzəldi.
El-el gəzdi. Körpə səsi eşitdiyi hər evin bacasında hədiyyə saldı. Hədiyyələrin üstündə adını və ünvanını yazdı ki, onlar da Buzlaq ölkəsinə qonaq gəlsinlər.
Uşaqlar səhər yuxudan durub oyuncaqları görüncə sevindilər.  Şaxta baba isə bu zaman evinə qayıtmaqda idi. O, qoca olsa da balacaların gülüş səsini yaxşı eşidir, onlar qədər sevinirdi.
Baba evə çatar-çatmaz bütün gördüklərini dömalarına nağıl etdi. Ailəcə nə zamansa gələcək qonaqlarını səbirsizliklə gözləməyə başladılar.
Amma qonaq əvəzinə saysız-hesabsız məktublar gəlməyə başladı.  Şaxta baba onları nəvələri ilə birlikdə oxuyurdu, oxuyurdu. Məktublarsa bitmək bilmirdi ki, bilmirdi.
Məktublar kimdən idi?
Babanın qonaq getdiyi ellərdən. Ayrı-ayrı dillərdə danışan uşaqlardan.
Şaxta babanın oğul nəvələrinin hərəsi bir dil bilirdi. Məktubları ölkə-ölkə bölüşdürüb oxuyur, babalarına nəql edirdilər. Baba bir siyahı tutub ad, ünvan və balacanın istədiyi hədiyyənin adını qeyd edirdi.
Qar adamlar məktubları oxuduqca hərdən çox gülür, hərdən də məktubun sahibi qədər kədərlənirdilər.
Məktublar bitdi. Şaxta baba düşündü-düşündü bu çətin işin öhtəsindən necə gələcəyinin çarəsini tapdı. Bir fabrik açdı. Babanın qız nəvələri fabrikdə oyuncaqlar tikməyə,  yun əlcəklər, papaqlar, şarflar, corablar toxumağa başladılar.  Bir ilə iş bitməli idi. Ona görə də yaman tələsirdilər.
Nəhayət bir il tamam oldu. Şaxta baba yenə də səfər çıxdı. Gedib nə görsə yaxşıd? Gördü ki, uşaqlar həsrətlə onun yolunu gözləyir. Hamı qışın yox, onun gəlişini bayram edir. O, qərara gəldi ki, tez-tez bu ellərə qonaq gələcək.
Bu dəfə baba hədiyyələri paylamaqda ona kökək olsunlar deyə nəticələrini də özü ilə gətirmişdi. O, hədiyyələri paylayıb yenə də evinə qayıtdı.
Şaxta baba elə təzəcə çatıb nəfəsini dərmişdi ki, yenə də məktublar gəlməyə başladı. Qar adamları təkrar iş başına keçdilər. O gündən, bu günə Buzlaq ölkəsinin sakinləri ilə uşaqlar beləcə dostlaşıb-doğmalaşdılar. Şaxta baba ildə bir dəfə onların görüşünə tələsdi.
Möcüzə baş vermişdi. Baba uşaqlarla dostlaşandan daha qocalmırdı. Əksinə elə bil gümrahlaşırdı. Gözlərində təbəssüm yuva qurmuş, içinə işıq dolmuşdu. Qulaqları o qədər yaxşı eşitməyə başlamışdı ki, uzaq-uzaq ölkələrdə uaqlar pıçıltı ilə “Çox saqol Şaxta baba” deyəndə belə eşidirdi.
Qolları da  qüvvətlənmişdi. Hədiyyə dolu torbasını əlinə götürəndə elə bilirdi ki, ovcunda qar dənəciyi tutur.
Nağıl bitdi.Qar adamı əridi. Gələn il birini də düzəldəcəm...
Bu nağılı oxuyuram ki, mışıl-mışıl yatasan və biləsən ki, nə qədər sən inanırsan nağıllar var...
Yuxuların çin olsun balaca...

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.