Azad Qaradərəli - Alışqan
10.01.14

     Hekayə

    -Nə olar, məni müəllimlə görüşdürün...
    -Olmaz.
    -Çox xahiş eliyirəm... Mən axı...
    -Ə, sən nə sırtıq adamsan! Dedim olmaz!
    -Bilirsən, mən səni  tanıyıram... Sən sədrin bacısı oğlusan! Səni bura qoyub ki, onu mənim kimi şikayətçilərdən qoruyasan... Amma nə eliyirsən, elə, mən bu gün onu görməliyəm. Qarşıdan  Yeni il gəlir. Mənim uşaqlarım acdılar... Mən haqqımı tələb edirəm! Çayxanamı qaytarsın! Yoxsa...
    -Yoxsa, nə, ə?! Nə eliyəssən?! Belə şərəfsiz adam olar!..
    -Mən Qarabağda canımı qoyanda, sən harda sülənirdin, bilmirəm! Mənim şərəfim o torpaqların uğrunda qurban gedib! Bəs sənin şərəfin hanı?!
    Sədrin köməkçisinin yanında duraraq açıq-aşkar ona yaltaqlanan  yaşlı adam ona göz vurur:
    -Bəlkə çıxardıb göstərəsən?
    Əlini qıçının arasına aparır və şaqqa çəkib gülür. Əsəbindən üzü əyilən şikayətçi  bir ayağını çəkə-çəkə çəliyinə söykənib  onların ikisini də  itələyərək içəri keçmək istəyir.
    -Çəkilin, ə! Məni dolayırsınız! Sən öl, sizi elə dolayaram ki...
    Amma şikayətçi  yarımcandır,  müharibənin vurduğu  yara  sağalsa da, onun  fiziki gücünü  almışdır.  İki adam birləşib şikayətçini çölə atırlar.   Bu vaxt iki məktəb yaşlı uşaq şikayəytçiyə yanaşır və  asvalta uzanmış adamın  qolundan tutub ağlayırlar.
    -Ata...
    -Ay ata, dur gedək də, nə olar?
    -Kəsin! Qazinin  balası ağlamaz! Acından ölsəniz də,  ağlamayın bu nakəslərin qabağında! Siz gedin o tərəfə, mən bir də  çalışım görüm, bəlkə girə bildim içəri...
    Bu vaxt  bahalı xarici maşın dayanır, şikəyətçinin  qəbuluna düşmək istədiyi sədr maşından düşür, tələsik  kandardan keçmək istəyir. Şikayətçi özünü onun yoluna atıb qışqırır:
    -Müəllim, mənim balalarım acdır, özüm də müharibədə şikəst olmuşam, bilirsiniz...
    Sədr ona tərs-tərs baxır və qışqırır:
    -Yenə sənsən? Ə, səni mən göndərmişəm müharibəyə?! Sənin çayxananı mən əlindən almışam? Get məhkəməyə müraciət elə... Ə sən nə...
    -Ay müəllim, məni otarma! Sən göstəriş vermisən, hakim də o cür qərar qəbul edib... Bayramqabağı məni qana salma!
    -Nə edəcəksən?! Məni hədəliyirsən!?
    -Yoox, sənə gücüm çatmaz. Eləsəm,  özümə eləyəcəm.
    -Sənin ona qeyrətin çatmaz!
    Sədr çıxıb gedir. Şikayətçi  bayaqkı dartışmada ağrımış  şikəst ayağını  tutub yenə qapıya yaxınlaşır və bu dəfə  nalə təpib qışqşrşr:
    -Bax, budu, sizə deyirəm! Ya bu gün mən sədrin yanına girəcəyəm, ya da...
    “Bacıoğlu”  qapıya çıxıb onun üstünə bağırır:
    -Özünü niyə hayasızlığa qoymusan?! Gördün ki, səni qəbul etmək istəmir! Get məhkəməyə de dərdini!
    Şikayətçi bu dəfə  daha bərkdən bağırır:
    -Elə eləməyin ki, qanımı üstünüzə töküm...
    Bayaqkı yaşlı adam “bacıoğlu”ya göz basıb rişxəndlə deyir:
    -Neyliyək, bu qan salacaq!
    Bacıoğlu ağzın əyir:
    -Pox yeyəcək!
    Şikayətçi onu buradan uzaqlaşdırmaq istəyən polislərə bağırır:
    -Buraxın, yoxsa yandıraram özümü!
    Birinci polis onu itələsə də qorxmuş geri çəkilir, “bacıoğlu”ya baxır:
    -Rəis, bu deyir özümü yandıracam.
    Bacıoğlu:
    -Yox, a? Yalan demir ki?
    Yaşlı adam bu dəfə  elə göz vurur ki, elə bil gözünün qarası itib gedir və açıq lağla deyir:
    -Atam danışırdı  ki, o rayonda  katib olanda biri nefti töküb üstünə və deyib ki, bu saat özümü yandıracam! Kişi deyirdi ki, baxdım gözünün içinə, gördüm bu qorxağın biridir, bundan özünü yandıran çıxmaz. Çıxartdım kibriti verdim, dedim di yandır! Kişi dalı-dalı çəkilib getdi... Ha-ha-ha-haaaaaaa!
    Əvvəl bacıoğlu hırıldadı, sonra polislər də gülüşdülər. Bu vaxt  şikayətçi  qoltuğundan  bir “çubuş” butulkası  çıxardıb  içindəki nefti  başına tökdü və bağırdı:
    -Sizi xəbərdar edirəm, bu dəqiqə  məni içəri burxmasanız, özümü yandıracam! Yaxın gəlməyin, çəkilin, çəkilin deyirəm!
    Bacıoğlu  bahalı siqaretini çıxardıb  damağına qoydu, sonra  gümşü rəngli alışqanla yandırdı, ləzzətlə sümürəndən sonra alışqanı  şikayətçiyə uzatdı:
    -Hadi, yandır görək, necə yandırırsan!
    Nə oldusa bir göz qırpımında oldu. Əvvəl alov, sonra  ütülmüş  baş iyi, sonra  yanıq ət iyi,  alov içində ora-bura qaçan şikayətçinin  və də onun məktəbyaşlı uşaqlarının bağırtısı...
    Bir sutka sonra  şikayətçi dərin yanıq  diaqnozu ilə öldü.  Ölümündən sonra ona... onun ailəsinə  küllü miqdarda pul verildi. Çayxanası ailəsinə qaytarıldı.
    Bir gün sonra  başqa bir nəfər də  özünü yandırmışdı. Sonra daha birisi.
    Səhəri gün  şəhərin mağazalarında  alışqan qalmamışdı.

dekabr 2013

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.