Taleh Mansur - Fahişə qadınların gözləri yorğun olur
25.11.13

Mənim səfil göz yaşlarım


      Bizi xoşbəxt göstərən nələr yoxdu ki? Həmişə bizi yalandan xoşbəxt göstərən hər şey   əynimizə bir neçə ölçü böyük, ya da kiçik olur. İnsan övladı  səfil görkəmi alsa belə, onu gerçəkdən bədbəxt göstərən öz libasını geyinsə,  daha yaxşı olmazmı?
     Biz neynirik? Yaşayırıq, ölmək üçün yaşıyırıq?  Biz sadəcə, dünyaya göz açan gün dünyadan körpə səsi gəlsin deyə doğuluruq. Kimsə deyəcək ki, bu hərif ağıllı-ağıllı, mənalı-mənalı danışmaq istəyir. Yox, mənim üçün  dünyada ən ağıllı fikir dünən bir ruhi xəstədən eşitdiyim  “Mən dəliyəmmi ağıllı olum”cümləsi, həyatımın ən mənalı anı isə , Hüqonun “ Səfillər” romanını oxuyarkən, səhifələri çevirmək üçün, şəhadət  barmağımı dilimin ucuna vurub islatmaq  əvəzinə, yanaqlarıma vurub islatmağım olub. Kimsə, nə vaxtsa, həmin kitabı oxusa, o kitabın hər səhifəsində mənim  səfilləşmiş göz yaşlarıma mütləq rast gələcək.
        Keçək mənim dərbədər olmuş, səfil taleli sözlərimə: Bir manat zəngin bir ailəyə xırda pul olaraq gedirsə, bu pul əzik, iyrənc bir görnüşə malik əskinasdı. Həmin manat ehtiyac içində yaşayan bir ailəyə gəlirsə, bu iyrənc görnüşlü  əskinas, ac uşaqların üzünə gülüş gətirən toxluqdur. Atanın daş arasında qalıb əzilən barmaqlarına azadlıqdı. Tox övladlarına baxıb siyrilən mədəsini unudub, sevincindən ağlayan ananın göz yaşlarıdı; dünyanın tək hakimi olmalı olan ananın gözlərdən süzülən səfil göz yaşlarıdı.
     Rədd  olsun bütün yalançı humanist  ideyalar!  Mən sizə bahalı xəz geyinən zəngin bir qadının cibində isinmiş iyirmi  qəpiyin, balaca dilənçi uşağın soyuqdan bumbuz olmuş ovcuna  düşərkən çıxardığı səsdən danışmaq istəyirəm: Bilirsinizmi, təkçə Tanrının eşitdiyi bu səs nəyə bənzəyir? Bu səs  mənim kirpiyimdən süzülən səfil  göz yaşlarımın yanaqlarıma düşərkən çıxardığı səsin oxşarıdı.Kaş, bu səs bəşəriyyətin qulağına çataydı.    
    Cır-cındır  geyinən, üzünü saqqal basmış, pis qoxulu, dişləri tokulən 25-30 yaşlı  gənc səfilin 18-19 yaşlı ətir əyarları (probları)  paylayan qıza heyranlıqla baxmasından dünyada dəhşətli tablo varmı? Qaranlıq düşəndə ayaqlar altında qalıb toz-torpağa batmış ətir əyarlarını qoxluyub həmin qızın əllərinin qoxusunu almağa calışan səfilin başı üstündə durub hönkür-hönkür ağlamaqdan böyük savab varmı? O səfilin dizinin dibinə düşən  göz yaşlarım mənim zəmanənin çəkdiyi bu tabloya atdığım müəlliflik-sahiblik imzam deyilmi?


     Bəli, çoxları bilmir ki, şairlər soyuqda əllərini ciblərində gəzdirdikləri əzik-üzük vərəqlər  arasında, zəngin adamlar isə qalaq-qalaq pulların  arasında isidir. Deyirlər, pul daha isti saxlayır. Amma  bütün adamlar  həmin an şairlərin üşüyən əllərini yox, göz yaşları ilə isinən yanaqlarını görür.
     İnsan övladı  dünya yarananda çayların, dənizlərin, okenaların, dağların, meşələrin, çiçəklərin- bütün gözəlliklərin yaranmasını  görməyib. Ancaq mən qışın soyuğunda, yayın istisində səkinin ütündə oturub utana-utana meyvə-tərəvəz satan qarabuğdayı bir qızçığazın ildən-ilə necə böyüyüb, gözəlləşməsini görmüşəm. İndi hər dəfə o qarbuğdayı qızın  soyuqdan göyərmiş yanaqlarını  baxanda  mənə elə gəlir ki,  hər gün Bakının göz  yaşları mənim  səfil göz yaşlarıma qarışıb  o qızın yanaqlarına axır.
       Bütün fahişə qadınların gözləri yorğun və kədərli olur. Hansısa vicdanı dar kürəyi enli səhərəcən ağlayıb gözləri yorğunlaşmış və kədər dolan bir qadını fahişə zənn etməsin  deyə, həmin qadının yerinə səhərə kimi ağlayardım; göz yaşlarımla bütün insanlığın vicdanı yuylub təmizlənənə kimi ağlayardım. Sonda kor bir səfil olub, göz yaşlarımın yanında olardım; mənim səfil göz yaşlarımın yanında.
     Sizcə, bir qadının fahişəlik etməklə böyütdüyü  övladı güzgüdə öz boy-buxununa baxarkən  anasının əzablarını qançır şəklində öz bədənində görürsə və  ac səfil kimi için-için ağlayırsa,  bu  insanlığın  öz kimliyini etiraf etməsi deyilmi?
     Məncə, dünyanın ən kədərli dekorasiyası məhz, fahişə qadınların özlərinə məxsus etdikləri makiyajlarıdır. Qəribədir, heç vaxt, öz namusunu isti yataqlara sərən qadınların baxışları  isinmir. Bu cür təzadı yalnız  “Həyat” və “Ölüm” məfhumuyla müqayisə etmək olar.
         Bilin və agah olun, dünya nə qədər zəngin olursa olsun, əgər onun saraylarının təməlini və dam örtüyünü  bir səfilin göz yaşları isladırsa, o saraylarda göz açan uşaqlar öz zəngin  ata və analarına deyil, o saraylarının təməlini və dam örtüyünü isladan səfilə bənzəyəcəklər. Amma vaxt gələcək ki, dünya bir səfilin göz yaşları qədər zəngin olacaq. Və onda insanlığı körpə uşaq kimi  bağrına basmaq görüntüsü yaradıb,  boğanlar həmin “körpənin” qollarında canlarını tapşıracaqlar. O zaman mən olmuyacam. O zaman mənim çoxdan itib batmış qəbrimin üstündə gülümsəyən xoşbəxt bir səfil olacaq.
 
     P.S Məni bağışlayın,   “fahişə” və “qadın” sözlərini yan-yana qoymaq məcburiyyətində qaldım… 
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.