Mübariz Aslanov - Erməninin azərbaycanlı olmağı
22.11.13

Qərib sürücünün hekayəti

Borispol aeroportunun “D” terminalından çıxar-çıxmaz yenə “taksi nujno budet?”, “taksi ponadobitsa?” qaraqışqırığı ilə yox, çox sakit, nəzakətli formada müraciət edən taksi sürücüləri çıxanları “qarşılamağa” başladılar.
 
Təbii ki, yerli ləhcəyə tamam yad ruscada daha münasib qiymətə taksi axtara-axtara irəliləməyə başlamışdım ki, bir səs məni diksindirdi:
 
- Qardaş, şəhərin harasına gedirsən?
 
Sözün düzü, heç vaxt nəinki Borispolda, ümumiyyətlə, Kiyevdə azərbaycanlı taksi sürücüsünə rast gəlməmişdim. İndiyə qədər formalaşan təəssüratlarıma görə heç təsəvvür də etmirdim...
 
Ona görə də bu qəfləti tapıntının təsirində doğma insanlar kimi görüşərək heç qiymət belə danışmadan dərhal küçənin adını deyib, maşına doğru getdik.
 
Təxminən 55-60 yaşlarında olan bu ortaboy, əsl azərbaycanlı görünüşlü kişidən “nədən bildin ki, azərbaycanlıyam, tanımadan öz dilimdə yaxınlaşdın mənə?” – deyə, soruşduqda gülümsəyərək verdiyi cavab da maraqlı oldu:
 
- Ləhcəndən və bir də hər sürücüdən gediş haqqını salamlaşmadan belə soruşmağından, endirməyə cəhd eləməyindən...
 
Yüklərimi maşının baqajına qoymağa can-başla kömək edib, neçə illərdir burada yaşamağından, Vətən həsrətindən danışa-danışa mənə də işarə edərək maşına oturdu.
 
Yol boyu da söhbətimiz elə eyni mövzuda idi. Əslən Azərbaycanın keçmiş Xanlar, indiki Göygöl rayonundandır. 30 ilə yaxındır burada yaşamasına baxmayaraq, hər gün Azərbaycanla bağlı hansısa bir əlamətdar tədbirdə iştirak edir:
 
- Həyat yoldaşım yerli millətdəndir, amma ona da Azərbaycan dilini öyrətmişəm, evdə də çox vaxt övladlarımla, hətta nəvələrimlə Azərbaycan dilində danışırıq...
 
- Azərbaycan dilində hələ də çox mükəmməl danışmağınızdan da hiss olunur bu...
 
- Bəs necə, yerli?! Xanlar mənim hər gün yuxuma girir... heyf ki, indi orada qohum-əqrəbamız da köçüb çıxıb deyə gedib baş çəkməyə nə səbəb, nə də imkan yoxdur... Amma eşidəndə ki Xanların adı dəyişib Göygöl olub, elə sevindik ki... Burada hər gördüyüm həmyerlim mənim üçün bir Azərbaycandır! Çünki Xanlar adı ruslar tərəfindən verilən ad idi, Göygöl isə rayonumuzun doğma adıdır, yerli toponimə uyğundur... indi yerli xalqa hərdən öz rayonumuz haqqında danışanda deyirəm ki, bu adda bizdə gözəl bir göl də var, rayonumuz onun adını daşıyır...
 
...Mənim Azərbaycandan yeni gəlməyimə sevinmişdi, nədisə, dil qəfəsə qoymadan Azərbaycanla bağlı xatirələrini, çəkdiyi həsrəti anladırdı.
 
Yol böyü danışmağa imkan verməyən həmyerli maraqlı bir fakt da dedi:
 
- Azərbaycanda olanda o vaxt yay aylarında Göygöldən başqa ən çox getdiyimiz yer Şuşa və Kəlbəcər idi. Anam şuşalı idi, qohumlarımız orada çox idi. Hətta müharibə olmasaydı, quruluş dağılmasaydı və orada qalsaydım, Şuşada özümə ev almağı düşünürdüm. Çox gözəl yerdir.
 
Kəlbəcərdə Alxas adlı bir yer var, həmişə ora gedərdik, onun şərəfinə də bir oğlan nəvəmin adını Alxas qoymuşam. Qızlarımdan birinin adı isə Şuşadır.... Eh, axmaq erməni milləti, özünü də işə saldı, türkləri də! Elə deyirlər bunu edən Rusiyadır, axı necə oldu ki, bu boyda Qafqazda heç bir xalq Moskvanın alətinə çevrilmədi, ancaq ermənilər çevrildi?! Onsuz da hərə bir parça torpaq üzərində sakit yaşayırdı də...
 
...O qədər özü danışıb özü də özünə maraqla cavab verirdi ki, nəinki söhbətə qoşulmağı unutmuşdum, hətta onun söhbətinə aludə olmuşdum...
 
Mənzil başına çatana yaxın bura hərdən qonaq gəldiyimi xatırladıb, təklif elədi ki, istənilən vaxt şəhərdə hara getmək lazım olsa, onu arayım:
 
- Mənim üçün fəxrdir ki, hər Azərbaycandan yeni gələn həmyerlimlə ünsiyyətdə olum. İstədiyin vaxt qulluğunda hazıram, bacıoğlu. Özü də təmənnasız!
 
Baxmayaraq ki burada kifayət qədər dostlar var, amma hərdən taksi lazım olduğu üçün özüm də sevincək oldum ki, şəhəri əla tanıyan azərbaycanlı taksi tapmışam. Əla fürsət idi. Həm də onun bu qədər Vətənə bağlı olduğunu görüb, nədənsə məndə onunla yaxından dostlaşmaq həvəsi oyandı. Elə bu məqsədlə adımı və peşəmi ona deyib, onun da adını soruşdum. Tanışlıqdan məmnun olduğunu dedi və hətta gediş haqqından ciddi cəhdlə imtina eləməyə başladı. Çox ciddi məcburiyyətlə yolpulunu verə bildim. O:
 
- Çox şad oldum, qardaş, səninlə tanışlığa! Mənim adım da Radikdir, istədiyin vaxt bu taksi qulluğunda hazırdır.
 
- Nə qəribə addır, ilk dəfədir belə azərbaycanlı adı eşidirəm - deyib, heç nəyin fərqinə varmadan maşından düşürdüm ki, sakit səslə əlavə etdi:
 
- Radik Karapetyan...
 
- ...
 
- Niyə belə donub qaldın, yerli?
/lent.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.