Nahid - Başlıqsız yazı
29.10.13

“Abraham Lincoln” filmini rejisor, gündəlikdən bir parçanın oxudulması iə başlayır. Bu cür izahatlar tarixi kinoların ən sevdiyim hissəsidi. Bu hissəni neçə saniyə və ya neçə dəqiqə çəkdiyi məni heç bir zaman maraqlandırmayıb. Nə deyildiyi və necə başa düşəcəyimə fikir vermişəm. Məsəlçün; ən sevdiyim filimlərdən biri “Troya”da, sonlara yaxınlaşdıqda Axilles və Gektorun cəsədlərinin yandırılma səhnəsi var. Həmin səhnədə yenidən rejisorun izahat həmləsi “Qoy onlar desinlər ki, biz Axillesin, Gektorun zamanında yaşadıq”  məni bu filmə dəfələrlə baxmağa həvəs oyadır. Tarix bir millətin, bir dövlətin şərəfidi, vicdanıdı. Hər bir millətin, hər bir dövlətin vicdanı necədirsə tarixidə də o cür yazılır.
Bir zamanlar dozası daşacaq dərəcədə patriot olduğum vaxtlar da olub. Vətənimin torpağını yeyəcək qədər, adı hallananda gözlərim dolacaq qədər sevirdim. Ancaq indi mənə tarix lazımdı. Elə bir tarix ki, daşına toxunduğumda keçmişimizin istiliyini duyum. Elə bir tarix ki, varlığının təsdiqinə şübhə kimi yanaşılan Axilles, var olan qəhrəmanımızın adı altında yoxa çıxsın. Mən elə bir tarix istəyirəm ki, ilk səhifənin girişini oxuyanda ürəyim ağrımasın, ürəyim sevinsin. İstanbulun Qalata körpüsündən boylananda şərəfli, məğrur görünsün.

Mənim yaşda olan hər bir gəncin uşaqlıq qəhrəmanıydı Rembo. Bizi manqurta çevirən televizorun qarşısında əyləşib Cekin dünyanı xilas etməsini dəfələrlə izləmişik. Film qurtaran kimi, qardaşımızla, bacımızla Cekin, Rembonun obrazına girib xəyali düşmənlərimizin üzərinə yerimişik. “Hi-Men” olmuşuq. Taxta qılınclarımızı göyə qaldırıb kölgələrdən güc istəmişik. İstəmişik istəməyinə ancaq onu, bunu... Bir adam, bir insan oğlu bizə bizi göstərməyib. İnanın, tariximiz Trabzondan da görsənmir.
Orta məktəbdə “Roma” imperiyasına həsəd aparırdım. Hər yeni dərsdə romalılar dünyanı səhifə-səhifə işğal etdikcə, qonşu partada oturan “Firon”un adamı Nəsibə, qalib gözüylə baxırıdım. Sonradan anladım ki, əslində “Roma”nı seçməyim məğlub olmaq qorxusunu boğmaq üçünüymüş. Artıq məğlubların yanında olmağa razılaşmamağımdan irəli gəlirmiş. Çünki mən, məğlub idim. Kürəyimdə Qarabağ kimi məğlubiyyətim vardı və mən bunu Qüdsün işğalı kimi ömür boyu daşıyacağam.

Tarix qəhrəmanları sevir. Bəli bizə qəhrəman lazımdı. Nə Koroğlu, nə Babək, nə də Şah İsmayıl kimi yox, əsil qəhrəman. Ölməyi bacaran qəhrəman.

“Kurtlar Vadisi” başlayanda və Polad kimi qəhrəmanla tanış olanda içimdə balaca uşaqlar kimi sevinmişdim. Çünki anlayırdım ki, Polad, Cekin bütün izlərini bu millətin beynindən söküb atacaq. Polad Türkün qəhrəmanı olacaq. O, ona atılan güllələrdən ölməsə də, hər zaman qalib gəlsə də, mərminin üstünə düz yerisə də, iyirmi nəfər əli aftomatlı insanların arasından sağ-salamat çıxsa da o, uşaqların, uşaqlarımızın qəhrəmanı olacaqdı, olmalıydı. Film qurtarandan sonra, onlar Polad olacaqdı, Memati olacaqdı. Yəni Türk olacaqdı, TÜRK. Ancaq kirlədilər Poladı. Tarixə, satılan qəhrəman yaramaz, tarix onları epizodik olaraq xatırlayar.

Hər zaman, inanın hər zaman “Cəsur ürək” filmində Villiam Vollasa baxanda nə üçün Babəki xatırlamadığımı özümə sul verirəm. Hər iki fərqli ağızdan səslənən “Azadlıq” sədasının, hansının doğma olduğunu düşünürəm. Qolları, ayaqları doğranan Villiama nə üçün Babəkdən çox canımın yandığını, gözlərim dolduğunu utancla sual edirəm. Nə üçün?

Mənə tarix lazımdı. Ağzı köpüklü tarix müəllimlərinin əzbərlədiyi tarix yox, yaddaşa hopacaq tarix. Elə bir tarix ki, sinəsinə başımı qoyub ağlasam da, məğrurluğu ilə fəxr edim.
 

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.