Nicat Qafuroglu - "O"

14.10.13

1984-də doğulanlar yaxşı bilir: biz kiril əlifbası öyrədilmiş son nəsilik. Hərfləri yazmağı yeni öyrənirdik. Dekabrda, "н" (n) hərfinə çatanda, sevinərək dəftərə-divara "НИЧАТ" yazmağa başlamışdım ki, Televizorda nəsə danışdılar və atam "Sizə əlifbanı yenidən öyrədəcəklər" dedi.  Sabahı  gün Sabir müəllim hərf öyrətmədi. Çünki, başqa müəllimlər sinifimizə gəlib, odun peçinin yanında onu söhbətə tutdular. Danışıqlarından yalnız bu yadımda qalıb: «təzə əlifba», «təzə hökumət», «latın, kiril»...

 Sabir müəllimsə dayanmadan deyirdi: "gündə bir qanun çıxır, mən dəyişməyəcəm, siz özünüz bilərsiz.. mən dəyişməyəcəm, elə bunu öyrədəcəm".

Ertəsi gün, dərsimiz "O" hərfi idi. Sabir müəllim yazı lövhəsində 2 səliqəli "O, o"" yazmışdı. Biz də bu dairələri mümkün qədər səliqəli çəkirdik ki, ayağa qalxmalı olduq: ilk dəfə gördüyümüz bir kişi gəlmişdi. Və ilk dəfə gördük ki, kimsə bizim müəllimimizlə möhkəm danışır: "hələ heç kim tam keçməyib latın qrafikasına, amma o nə sözlərdi danışmısan, indi nə keçirsən?" Sabir müəllim əhvalını pozmadan ""o" hərfi" dedi. Kişi əvvəlcə lövhəyə, sonra dəftərlərimizə baxdı:
- Yenidən keçəcəkən
- Nəyi?
- Hamısını, bax bu "o" hərfini də...
- "O" hərfini də?
- Hə, bu kiril əlifbasının "o" hərfidi
- Siz bilirsiz latın qrafikasında "o" necə yazılır?
- Təcili öyrən, öyrənmək istəmirsənsə çıx müəllimlikdən
- Siz bilirsiz latın qrafikasında "o" necə yazılır?
- Yoldaş müəllim, təkrar edirəm, öyrən, istəmirsənsə çıx müəllimlikdən
Müəllimimiz dayanmadan təkrar edirdi: "siz bilirsiz latın qrafikasında "o" necə yazılır?"
Sabir müəllim lövhədə əl şəkli çəkdi: Baş barmaq orta barmaqların arasından görünürdü.
- Bax belə yazılır və cəhənnəm ol sinifdən, dərsə mane olma!
Biz lövhədəki mürəkkəb əl şəklinıə və sadə "O" dairəsinə baxıb sevinirdik ki, müəllimimiz bizə belə çətin hərflər öyrətmir və  O, pis kişini qovdu... Yaşasın O!

Sabir müəllim sözünün üstündə durdu, düz "З з" (Z)ya qədər.  1ci sinifimiz ağır keçdi: paralel siniflərdə oxuyanlar "təzə" hərflərlə bizə "yanğı-yanğı" verirdilər.  Sinifimizin çöl divarına nəsə yazıb gülürdülər. Ikinci sinifdə bu sözü biz də oxuya bildik. Divara "EŞƏKİLLƏR" ("eşşəklər") yazılmışdı. Təzə hərfləri bizə Nüşabə adlı cavan müəllimə öyrətdi. "O" hərfinə çatanda müəlliməylə razılaşmadım. Əlimlə Sabir müəllimin lövhədə çəkdiyini göstərdim ki, "O" belə yazılır. O isə, qulağımı elə burdu ki, indiyə qədər sol qulağımda əyrilik var. Xeyli ağlamışdım.

Təzə hərflərlə kitablar olmadığından, Sabir müəllim dərslərini davam edirdi... Biz 2 əlifba bilirdik, bizə gülənlərsə kirili "O" hərfinə qədər... Bizdə kirilin O-dan sonrakı hərflərini toplayıb, onların divarına "Tупоjлар" yazdıq.  O yazıqlar yazdığımıza uyğun vəziyyətə düşürdülər.  təzə əlifbayla kitab çatmırdı.
Heç çörək də çatmırdı. Qarabağda atışma, Aranda aclıq idi... Hamının gecə saat 4-dən oyanıb çörək növbəsinə getdiyi, əlifbanın, pulun, ərazinin hər gün dəyişdiyi vaxtlar idi... sinifimizə təzə "qaçqın" deyilən uşaqlar gəldi... "Rembo"nun dəbdə olduğu bir dönəmdə onların müharibə barədə danışdıqları çox maraqlı idi... Amma təzə dostlar heç bir əlifbada yaza bilmirdilər. Mərmilər dərs keçməyə imkan verməmişdi.

"Bakkuş" deyilən, yeni zərli türk  şirniyyatlarının, Turbo" saqqızlarının "komissiyon dükan"larda satılan vaxtları  da, yuxarı sinif şagirdlərinin "arapka" ayaqqabı və "banan" şalvar geyindiyi dövrü də birtəhər yola verib ağ günə çıxdıq, böyüdük.  Yenicə özümüzə gəlib, "mokri şok"dan kostyum tikdirib geyinmişdik ki, bir axşam xəbərlərdə MİSİR adlı adam nazır oldu və oxumağa ehtiyac qalmadı. Nə o əlifbada, nə də "O"...

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.