Gülbala Dada - Qəzəl elə qəzəldir

19.07.13

Söz var ki, sözdür. Söz də var ki, sadəcə sözdür. Söz var ki, deyildiyi andan nəhayətsiz zaman boşluğuna düşüb yox olur. Elə söz də var ki, zaman onu öz çiyinlərinə alıb ta bugünlərə kimi gətirib çıxarır. Şərq ədəbiyyatının günəşi Şeyx Nizami Gəncəvi belə deyir:
Sözü o qədər danışdır ki, sözün sözü tükənsin.
Bu yerdə yadıma Benjamin Volterin bir sözü düşür: “Gördüyün son dərəcə valehedici təsvirləri verə bilmək üçün söz axtarıb tapmaq lazımdır, SÖZ!”
Zamanından və məkanından asılı olmayaraq harda ki, sözdən danışılır, yadıma Molla Məhəmməd Füzulinin “Söz” rədifli qəzəli düşür:
Xəlqə ağzın sirrini hər dəm edər izhar söz,
Bu nə sirrdir kim, olur hər ləhzə yoxdan var söz
Gəlin, bu yerdə bir ləhzə sözün şirinlik məqamına varaq:
Məgər gün eşqi – camından içib, ey şuxi – mehparə,
Dəyər məstanə hər saət o divarə, bu divarə.
Bu hüsnü – mətlənin müəllifi Əbdülhəsən Racidir. O Raci ki, Məhəmməd Füzulinin barmaqla sayılası davamçılarından biridir. Təbrizli Əbdülhəsən Racinin doğum tarixi haqqda təəssüf ki, dəqiq məlumat yoxdur. Bəzi mənbəələrdə bu rəqəm 1831 – ci il kimi, bəzi mənbəələrdə isə 1834 – cü il kimi qeyd olunmaqdadır. Başqa bir mənbəə isə Əbdülhəsən Racinin doğum tarixini 1812 – ci il kimi göstərir. Amma bu məlumatlar tarixi gerçəkliyi özündə əks etdirmir. Onun dünyasını dəyişməsi haqqında hər üç mənbəə eyni faktı təsdiqləməkdədir. Əbdülhəsən Raci müqəddəs Həcc ziyarətindən qayıdanda Qırmızı dənizdə gəminin bütün heyət və sərnişinləri ilə birgə qərq olmuşdur.
Hilali qaşuva ey zülfü qarə kəc baxanın,
Cahanda rast görüm Zülfiqarə tez gəlsün.
Bu beytdən görünür ki, şair “zülfü qarə” birləşməsi ilə “Zülfüqarə” sözündən istifadə edərək uğurlu bir cinas yaratmışdır. Belə beytlərə onun yaradıcılığında tez – tez rast gəlmək olar:
Dağıt o əgri qaşın üstə zülfi - qarə yeri,
Ver indi qeybəti – kübrada zülfüqarə yeri.
Şair bu beytdə də eyni cinasdan istifadə etmişdir. Bu beytlərdə istifadə olunan bədii sənətlər eyni olsa da, mənalar tamamı ilə fərqlidir. Bədii sənət vasitələrindən böyük məharətlə istifadə edən müəllif “yeri” rədifli qəzəldə “yeri” sözünü bir neçə mənada işlətmişdir.
Gedəndə mən sənə qurban, rəqibdən gizlin,
Dalınca gəlməyimə barı et işarə yeri.
Bu beytə nəzər salanda məlum olur ki, Əbdülhəsən Raci “yeri” – deyəndə hansısa yeri və məkanı nəzərdə tutur.
Fəqani – bülbülü gör, bircə xar ilən gülə bax,
Günah səndə deyil, tüf bu rüzigarə yeri.
Verdiyimiz beytə nəzər salanda görürük ki, o, iki misranın içərisində bir neçə uğurlu əməliyyat aparmışdır. Ilk növbədə bülbülün əfqanı və güllə xarın bir – biri ilə yaxın olmasından bəhs edir ki, bu sənət də klassik ədəbiyyatda “tənasüb” adlanır. Ikinci misrada isə “tüf” sözü yerli yerində işlədilir ki, bu da beytə ayrı bir rəngarənglik verir. Şair “yeri” sözündən burda “çıx get” mənasında istifadə edir.
Racinin yaradıcılığında dərin maraq doğuran cəhətlərindən biri də bədii dil xüsusiyyətidir. Şairin yaradıcılığına nəzər saldığımız zaman onun yüksək peşəkarlıqla qələmə aldığı qəzəllərə heyran olmamaq əldə deyil. Əsasən xalq dilində, şifahi nitqdə istifadə olunan sözləri yüksək peşəkarlıqla işlədən müəllif öz dövrünün sənətkarlarından məhz bu xüsusiyyətlərinə görə fərqlənməkdədir.
Razısan, ey könül, əflaka fəqanun çıxsun,
O qədər ahu – fəqan eylə ki, canun çıxsun.
Dedin: “artıqdır, Züleyxa, bu gözəldən Yusif”,
Deyim açsın üzünü, yar, yalanun çıxsun?
Şairin yaradıcılığında məni özünə cəlb edən qəzəllərdən biri də onun “Lalə” rədifli qəzəlidir.
Xəyali – zülfü – rüxsarü – ləbi – ləlinlə, ey saqi,
Mənim könlümdə gəh sünbül bitər, gəh qönçə, gəh lalə...
Bu beytdə də şair çox gözəl bir sənətdən istifadə etmişdir. Şair öz yarının zülfünü(saçını) sünbülə, rüxsarını(üzünü) qönçəyə, ləblərini(dodaqlarını) isə laləyə bənzədir.
Bir məqamı da qeyd edək ki, klassik ədəbiyyatda üç və ya daha bənzətmənin bir arada işlədilməsi sənətinə “ləfhür – nəşr” deyilir.
Əbdülhəsən Raci özü ilə eyni dövrdə yaşayan müasirlərindən onunla fərqlənir ki, o, rahatlıqla bu gün belə başa düşülür və oxunur. Əslində, qəzəl heç vaxt köhnəlmir, sadəcə öz dövrünə uyğun olaraq müasirləşir.

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.