Mövlud Mövlud - Qoşma qatarı
05.07.13

Dostumuydu, qardaşımıydı, gözümün işığı, sözündən çıxmadığım böyüyüm idi. Bir sözünü, iki eləməzdim. Hara buyursa, nə tapşırsa, canla-başla ürək verərdim. 

Bilirdim ki, xəstədir. Tez-tez kəllə çarxa qalxan təzyiqi, epileptik ürəkgetmələri, saxtakar qadınlarla yaşadığı sevgilər, işlədiyi qəzetlərdə yola getmədiyi təsisçilər,  yarı yolda aradan çıxan cəbhədaşları... Hamı və hər şey əzab verirdi ona!

Ayda bir-iki dəfə mənə zəng edirdi. Dəstəyin o başından gələn təngnəfəs səsindən bilirdim ki, tıncıxır, darıxır. Görüşüb dərdləşirdik. Görüş yerimiz dəyişməz qalırdı: “Dobromed” klinikasıyla üzbəüz sosiskaxana.

Məclisin bir yerində mənfi səkkiz eynəyini çıxarır, kompyuter qabağında oturmaqdan qıpqırmızı olan gözlərini uzun-uzun ovuşdurub cavanlıqda yazdığı qoşmalardan deyirdi:

-Gözəl xəta yapar dostun əlləri,

Çalar ciyərimə xançalı bilməz.

Qiyamət qovğası var bu dünyanın,

Qarı bilər, Sultan Səncəri bilməz.

***

Haqq böylə buyurub, böylə qanundu!

Ya bir Dəmirçioğlu, ya bir cünundu.

Çırmanıb girəndə, meydan onundu,

Sağ nədi, sol nədi incəli bilməz.

***

Aşiq sevib çəkər fələk cəbrini,

Pir deyib öpərlər mərdin qəbrini,

Əzəldən belədi, igid qədrini,

Gözəl qiymətini hancarı bilməz?!

 Dibinə qan çökmüş gözlərinə gülüş qonurdu, üzü nurlanırdı:

-Yaxşı yazmışam elə? Vallah, Mövlud, indi yaza bilmirəm. İndi belə şeylər yaza bilmirəm. Neçə dəfə hiss eləmişəm ki, sinəmdə bir dəstə qoşma qatarlanır, ha mızıldanmışam, bir şey yaza bilməmişəm. 

Hərdən mənim də tərsliyim tuturdu:

-Elyanuranın (məşuqəsinin adı Elyanura idi.) qoynunda qoşma yazmaq olmaz! O məsələlər irfan əxlaqı ilə bağlı işlərdir.

-Pah, Orta Çağ irfan şairləri rahib olublar ki?

-Yox, rahib olmayıblar, amma onların heç biri Elyanura kimi saxtakarın oynaşı olmayıb. O qəzetdə mövqeli adam olmasan səni sevdiyini deməz. Vallah deməz. Ayın axırı, sən qonorarları yazanda, elə-belə gəlib oturur qucağında?! 

-Yaxşı, yaxşı, düşükləmə!

-Sözün düzünü deyirəm mən!

-Offf, düz deyirsən, bilirəm. Amma neyləməli? Darıxıram eloğlu, darıxıram. Kəndimizin, uşaqlığımın, təmiz vaxtı yazdığım şeirlərin nisgilini “lotuşka”ların qoynunda ovuduram.


***

Bir dəfə zəng elədi. “Təzə evə köçürəm, gəl kömək elə”,-dedi. Bir gün səhərdən-axşama kimi eşşək kimi işlətdi məni: Soyuducu, stol-stul, qab-qacaq, çanaq antenna, xalça-palaz daşıdıq. 

Əşyaları təzə evdə yerbəyer eləyib axşam yeməyi üçün masa arxasına keçdik. Sözümüz hərlənib-fırlanıb siyasətin üstünə gəldi. Dedikləriylə razılaşmadı deyə məni ittiham eləməyə başladı: 

-Hökumət qəzetlərinə yazırsan, yaltaq şairləri tərifləyirsən. Adını kişi qoymusan, sən necə yerlisən?! Niyə mənim yanımda deyilsən?! Niyə gəlib bizim “Mübarizə” qəzetində işləmirsən?!

-Mən Elvinlə bir qəzetdə işləyə bilmərəm. O gədə alçağın biridir. Sizin qəzetə atılmış agentdir. Onun atasını da yaxşı tanıyıram. Elçibəy onun atası haqqında deyirmiş ki, “yanında hər şeyi danışmayın, ondan şübhələnirəm”.

-Kəs səsini, axmağın biri, axmaq! Utanmırsan? özünün dalın çatmır gəlib bizə dəstək olmağa, hələ bir, Elvini şərləyirsən?! Tfuu, dur burdan...!

-Dinməz-söyləməz ayağa qalxdım. Ona cavab qaytarmaq olmazdı. Epilepsiyası tutardı, ürəyi gedərdi.

Ona bir kəlmə demədən, dil-ağız eləyib əvəzinə üzr istəyən arvadını sakitləşdirib, yorğun ayaqlarımı sürüyə-sürüyə çıxıb getdim.

***
 
Bu əhvalatın üstündən heç bir ay keçməmiş, agent Elvinin yiyələri geriyə çağırdılar. Yerlimin səngər yoldaşı dostlarını yarı yolda qoyub aradan çıxdı. “Mübarizə” qəzetinin ən sərt yazan əməkdaşı qarşı səngərə keçdi.

Mən Elvinin harasa getməyindən yox, dostumdan nigaran idim. Ürəyinin ağrıyacağından qorxurdum. Onu qorumaq istəyirdim.

Zəng eləməyə də çəkinirdim:“birdən elə bilər satqın dostlarını başına qalxmaq istəyirəm”. 

Belə bivəfa günlərin birində, yerlimin Elvin noqdaunundan üstündən Elyanura nokautu aldığını eşitdim!

Eloğlumun məşuqəsi hökumətin açdığı bir saytın təklifini qəbul etmiş və “Facebook” statusunda həmin sayt barədə “Bura mənim ailəmdir”,-deyə yazıbmış. 

Bu xəbəri eşidəndə əvvəl şaqqanaq çəkib güldüm. Sonra yenə yerlim gəlib durdu gözümün qabağında: Əsə-əsə siqaret tutan barmaqlar, əsəb və stressdən şişmiş ayaq, təngnəfəs səs...

Bir müddət dostumdan səs çıxmadığını görüb özüm onu yığası oldum. Son baş verənlər barədə bir kəlmə də danışmadan, hal-əhval tutmaq, onu həmişəki “Dobromed”lə üzbəüz sosiskaxanaya çağırmaq istəyirdim.
 
Telefona arvadı cavab verdi:

-Durma, ay Möylüt, durma gəl, bu deyir, sinəm yanır, ayağı da şişib, mən qorxuram. Aparırıq həkimə!

-Hara aparırsız?

-“Dobromed”ə, deyir, “Möylüt tanıyır oranı!”

***

Meyiti maşına mindirib aparanda ağlamaqdan səsi batmış, üz-gözü cırıq-cırıq olan arvadı səhərdən baş verənlərdən bir şey anlamayan, böyümüş gözlərlə böyüklərə sual verən balalarına qışqırdı:

Ağlayın, ay yetimləəəər, Ağlayın, bir də dədənizini görməyəcəksiz!

Uşaqlar elə buna bənd imiş, Üç balaca yetim baş-başa verib ağlaşmağa başladı.

Arvadların naləsi göyə bülənd oldu. Kişilər gözünün yaşını gizlətmək üçün üzlərini yana tutdu.

***

Arvadının telefonda dediyi sözlər tez-tez düşür yadıma: “Bu deyir, sinəm yanır.”

Bəlkə elə sinəsində yanan yazmadığı, tüstülü şəhərdə aydınlığa çıxara bilmədiyi qoşma qatarı imiş? Nə bilmək olar?

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.