Niyazi Mehdi - Niyə əzizləyəndə dişləyirlər?
27.06.13

Azərbaycanı bizə maraqlı edən suallardan…

Belə alındı ki, yaza-yaza tapdıqlarım məni gətirib çıxardı mədəniyyətdə uca nəsnələrin, mənəvi dəyərlərin qarınla, mədə ilə bağlılığına. Azərbaycan dünyasında ucalıqlar necə aşağılıqlardan törəyir? Bunu bilmək özümüzü bilmək deyilmi?! Bunu bilmək Azərbaycanı bizə maraqlı etmirmi?!

Bax, bu kontekstdə bir neçə soru məni silkələdi. Niyə adamın (təkcə ata-ananın yox) körpəyə sevgisi aşıb-daşanda onu dişlək-dişlək etmək istəyir? Niyə sıxcalayıb əzmək istəyir? Bəs öpüş? Öpüş, əslində, sovurmaq eyləminin mədəniləşmiş variantı deyilmi?!. Məncə, öpüş qanını, şirəsini sovurmaq kimi əski kannibal (“hannibal” düz deyil) hərəkətinin tormozlaşmış, əylədilmiş variantıdır. 

Dünyamızda tormozlanmış bioloji istəklər

Froydda (və ya Freyddə) seksuallıqla bağlı “inhibit” termini var, hansısa saldırqan, dağıdıcı, zorlayıcı eyləmin yarımçıq saxladılmasını, axıracan edilməməsini bildirir. Psixoanalizin yaradıcısı sayırdı ki, bizim gözəlliyə heyranlığımız inhibitləşmiş seksuallıqdan doğur. Niyə belə deyirdi? Çünki estetikada çoxdan söyləyirdilər ki, insan nəyəsə umacaqsız, təmənnasız heyran olursa, deməli, ona gözəllik kimi baxır. Sən almanın şəklinə baxanda aclıqdan ağzın sulansa, onu dişləmək istəsən bu hal estetik yox, ac, yəni umsuxlu, təmənnalı adamın halı olacaq. Eləcə də, baletə baxanda qavrayışın pornoqrafik olsa, estetik olmayacaq. Baletdə qadın bədəninin gözəlliyinə sənin heyranlığın inhibitləşmiş seksuallıq olmalıdır. Yəni heyranlığında qadın bədəninin ritminə, burumuna, trayektoriyalarına heyranlığında tormozlanmış, axıracan getməyən seksuallıq olmalıdır.

Təbiət və mədəniyyət elmin sevimli mövzusudur. Burda indi bir əlavəni edə bilərik. Mədəniyyət çoxlu inhibitləşmiş təbii, bioloji elyəmləri özünə toplayır. Öpüş bütün mədəniyyətlərdə yoxdur, ancaq hər halda oğuzlarda “bir dişlədi, bir öpdü” ritmində olub və dişləyib yeməyin, sovurub iliyini, qanını içməyin tormozlaşmış forması olub. 

Niyə dişləyirik

Daha yaxın çağların sadə bir deyiminə baxaq. Azərbaycanlı qadın uşağa sevgisi aşıb daşanda “səni ölməyəsən, səni ölməyəsən!” deyir və bu zaman döymə jestlərini yumşaldıb sığallamağa çevirərək (inhibitləşdirərək) ovuclarını, silləsini uşağın sinəsinə, çiyinlərinə sıxıb-çəkir. Bu jestlərlə bayaqkı deyimi ayrı cür də söyləyirlər: “səni öləsən, səni öləsən!” 

Gəlin, istəklə deyilən “səni öləsən, səni öləsən!” deyiminin yaranmasına gətirib-çıxaran biopsixoloji prosesləri bərpa edək. Heyvanlar aləmində bioloji gərəyin (tələbatın) ödənilməsi, tutalım, yeməli şeylərə istək törədir. Həmin istəyin sonucu - gərəyi ödəmək üçün o şeyləri dağıtmaq, yox etmək lazım gəlir. Bir sözlə, bioloji aləmdə istək parçalamağa, dağıtmağa çağırır (“pişik balasını istədiyindən yeyər” deyimini yada salaq). 

İnsanın mənəvi aləmi formalaşanda bir çox bioloji strukturlar, ilişgilər ilkin vəzifəsindən soyulub çıxarılaraq, arınmış şəkildə burada da iştirak edir. Uşağına sevgisi aşıb-daşan ata-ana onu dişləyir, sıxcalayır. Beləliklə, balasına istəyin intensivliyi artanda bilinc (şüur) sonradan yaranmış mənəvi aləmin daha yuxarı mərtəbələrinə qalxmaq əvəzinə yarımçıq da olsa, unudulmuş psixomotor strukturlara, aktlara qayıdır. İrəli getmək əvəzinə geri qayıdır. Ona görə də demək olar ki, “səni öləsən, səni öləsən!” deyiminin və bu deyimlə bağlı jestlərin arxasında istəklə dağıtmağı, öldürməyi sıx bağlayan bioloji struktur durur. Yəni ilkində insan bir çox nəsnələri yemək üçün istəyirdi. İstəməklə dişləyib, parçalayıb yemək o qədər bağlı olmuşdu ki, sonralar insan mədəniləşəndə belə istəyini parçalamaq və sovurmaqdan heç cürə qurtara bilmir. Onlar, sadəcə, insanda tormozlaşmış, inhibitləşmiş şəkildə qalır.   

Beləliklə, biz adi bir cümlədən insan tarixinin bioloji qatlarınacan gedib çıxdıq. Bir çox sadə dil formalarının, etnik simvolların arxasında belə dərinliklər gizlənir və onlar elmi bərpa sayəsində üzə çıxır. /teleqraf.com/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.