Əli Şirin Şükürlü - Unudulmaq upuzun
24.06.13

tərk etmək və ya tərk edilməklə hər şey bitir – düşünür insan. hələ xatirələr də var axı. qorxursan; bir gün xatirələrdən də silinərsən, yəni unudularsan. unudularsan upuzun. unudulmaq – bir növ yaddaşlarda, düşüncələrdə yoxsan artıq. amma kiminsə səni unutması yox olmaq deyil hələ. hardasa yaşayırsan, başqa xatirələrə hopmusan ən azı. heç o adamın da – səni tərk edən, unudanın və ya tərk etdiyinin də içindən qovulmamısan. hardasa, şüurunun hansısa parçasında varsan, gizlənmisən. oyana bilər bir gün o hissə, onda oyanarsan sən də, yada düşərsən yəni.

səni unutdum və ya sən məni unutdun nə olsun. axı nə sən məndən, nə də mən səndən qırağdayam. heç nə itmir, sadəcə hopur gizlənir hardasa. bir zaman olduğun yerlərdə iz axtararsan, bəzən heç nə dəyməz gözünə. axı az əvvəl sən bu məkanı doldurmuşdun ölçülərinlə. bəs necə oldu, hara çəkildi o ölçülərin cızdığı təsvirlər?  
gör yağış necə hopur torpağa, gör necə əriyir qar. sonra təzədən qayıdır səmaya. ya da təzədən dönür üzü aşağı, dönür  torpaq olmağa. 

unudularsan upuzun. yəni vaxt gedər vaxt sən unudulunca. hoparsan, çökərsən, əriyib qarışarsan yaddaşa. qırağa atılmazsan amma. odur ki,indi bizi sevənlər, sevgiylə xatırlayanlar unuda da bilərlər nə zamansa. amma eybi yox. xatirələr su kimidir; axar üzü aşağı. axar hopmağa, çökməyə və əriməyə. oyandısa od kimi qalxar, elə hey qalxar yuxarı, qalxar üzü səmaya.

 hələ bu məmləkət. yaşadığın, yaşadığım bu şəhər. nə qədər adamı, nə qədər hadisəni yaddan çıxarıb bivəfa. indi qaynayır-daşır. bəzən bir-birinə yol vermir avtomobillər. bəzən də bir-birini yola vermir adamlar. kimi sevir, kimi sevmir,kimi xoşxasiyyət, kimi qəzəbli.
amma inan; hər an anlamasa da məqam gəlir hamı qorxur unudulmaqdan. 
amma qorxma, unudulsan da ən azı kiminsə içindəsən. upuzun unudulmaq var, upuzun. təki qırılmasın zəncir; sən, mən, o və sairə. sən + mən + o + hamı = sonsuzluq – o sonsuzluğa bürünüb vahid; bölünməz, paylanar. paylansa daazalmaz, tamlığını itirməz.

 bilirsən hardan başlayır sonsuzluq? – sən, mən, o və hamının dayandığı nöqtədən. harda dayansaq mən, sən, o və hamı  sonsuzluq başlayar ordan. sonu olmasa da bitər hardasa. bilirsən harda bitər? – sən, mən, o və hamının hopduğu, çokdüyü, əridiyi nöqtədə. yəni elə səndə, məndə, onda və hamıda.

               ... – 07.06.2013

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.