Sevinc Elsevər - Yarıyanlar...
24.05.13

Televiziya kanallarında efirə gedən sosial proqramlara arabir baxıram. Yəqin ki, dəfələrlə müxtəlif kanalların eyni məzmunlu verilişlərində evli kişilərin “aldatdığı”, iki, bəzən üç uşaqla küçədə tənha buraxılan qadınlarla rastlaşmağım təsadüfi deyil. Bu hal ölkəmizdə çox yayılıb. 

Bu verilişlərdə, adətən qəhrəmanları tamaşaçı auditoriyasının caynağına verirlər, qınaq yağışı daş kimi yağır başlarına. Kimisi bu qadınları əxlaqdan kənar, kimisi ağılsız, yüngülbeyin, savadsız, cahil, ev dağıdan adlandırır. Bəziləri tapılır, aldadıb qaçan kişiləri də qınayır. Qadınları ən çox təsadüfi tanışlıqların qurbanları kimi təqdim edirlər. Guya ki, problem hansısa kafedə, avtobusda, metroda, sosial şəbəkədə tanış olmaqdadır. Əslində problemin kökü tanışlığın necə, harada, nə vaxt baş verməsində, valideynlərin qadınla kişinin münasibətlərinə xeyir-dua verib-verməməsində deyil. Azərbaycanda qurulan ailələrin yarıdan çoxunun  bünövrəsi toy, nişan, xınayaxdı məclislərində qurulmurmu? 

 Alverçilərin araçılığı ilə ailə qurub xoşbəxt olan onlarla cütlük tanıyıram doğma kəndimizdən.  Çay evində, bulvarda, hava şarında, təyyarədə, çimərlikdə - hər yerdə tanış olub, ailə qurmaq normaldır. 
Qadınların evli, subay bilməyib, gözünü yumaraq, Azərbaycan kimi mental dəyərlərin möhkəm olduğu bir ölkədə öz həyatları ilə risk etmələrinə səbəb ilk növbədə yaşını ötürmək qorxusu, analıq istəyi, “bəlkə alındı” ümididir.  Amma həm də hər şeydən əvvəl - savadsızlıq, cahillik, tənhalıq qorxusundan çox, Azərbaycan qızlarının əksəriyyətinin qürursuz olmasındadır problem. Azərbaycan kişiləri haradansa qondarılan, dini dəyərlərimizə qətiyyən dəxli olmayan bir məntiqlə hətta evlənib boşanmış, dul qalmış, taleyi gətirməmiş qadınlarla ailə qurmağa razı olmazkən, Azərbaycan qızları hətta üç-dörd uşaqlı kişilərlə münasibətə girməyə,  onların ikinci, üçüncü  arvadı, məşuqəsi olmağa razıdırlar! Toyuq beyni ilə yaşayan bu qadınları mən ancaq qürursuzluqlarına görə qınayıram! Orta əsrlərin dəyərlərinə sadiq  qadınları - tükəzbanları, fatmaları başa düşə bilmirəm. 

Azərbaycanda kişilərin özlərinə verdikləri dəyərin yarısını qadınlar özlərinə vermirlər. Onlar qapılarına gələn elçilərdən tələb elədikləri qızılın, pal-paltarın, başlıq xərcinin dəyərini artırmaqla özlərini qiymətdən salırlar. Bununla pulunu verərək alıb apardığı qadınlarla istədikləri kimi davranmağa kişilərə haqq verirlər. Zalım ərindən hər gün yediyi dayaqlara, söyüş-təhqirlərə sırf maddiyət ucbatından qatlanan qadınlar var. 

O sevillər ki vardı, onlar artıq yoxdurlar. Tarix geri döndü. Artıq tükəzbanlar, fatmalar var! 

Valideynlər qızlarını qürurlu, təhsilli görmək arzusunda olmurlar, onlar qızlarını ancaq və ancaq yaxşı arvad görmək arzusundadırlar. Onların qız uşaqları üçün yeganə arzuları var: yarıyanlardan olsun! Yəni, yaxşı əri, mehriban qaynanası olsun, vəssalam. Mən hələ dünyada elə bir kişi görmədim ki, ona “yarıyanlardan olsun”, - yəni, yaxşı arvadı, yaxşı qaynanası olsun deyə arzu eləsinlər! /publika.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.