Orxan Fikrətoğlu - Dünya pulun havasında fırlanır
29.04.13

Bu gün Ermənistanın paytaxtı Yerevanda, Erməni ümümmilli hərəkatı, Kilsəsinin ruhani dəstəyi ilə, uydurma genosid gününü qeyd edib. 

Uydurma tədbirdə, ənənəvi olaraq Türkiyə bayrağı da
yandırılıb. Bilmirəm təsadüfdü ya yox, bu gün Türkiyədən silahlı PKK-çılar çıxır. Kiprin yunan tərəfi ilə türk tərəfi barışmaq üçün real addımlar atır. Türkiyənin ərəb dünyasındakı yeri Osmanlı nağılından çıxıb real müstəvi də görünür. İsrail Türkiyə münasibətləri, ənənəvi Amerika haləsində tənzimlənir. Bu gün Türkiyə üçün müşkülə düşmüş bir problem var: Ermənistanın uydurma genosid iddialarının həlli problemi. Türkiyənin baş naziri Ərdoğan erməni probleminin bir başa Qarabağın işğalı ilə bağlı olduğunu söyləyir.

Türkiyədə və Azərbaycanda yüz minlərlə dinc sakini qətlə yetirmiş ermənilər tarixi saxtalaşdırmaqla hələ də nəyəsə nail olacaqlarına ümid etsələr də, gerçəklik tamam başqadır. Azərbaycan və Türkiyə diasporlarının birgə səyləri nəticəsində bu gün dünya artıq erməni iddialarının sübutsuz olduğunu anlayır. Erməni hərəkatı əslində, böyük bir siyasi ssenarinin görünən təzahürüdür. Osmanlı imperiyasının çökməsində, Sovet imperiyasının yaranmasında bir oyuncaq kimi istifadə olunan ermənilərə, havadarları torpaq və dövlət verdilər. Onlara tarix və var olmalarında siyasi səbəblər uydurdular. Bu qüvvələr hər şeyi düzgün düşünsələr də, bircə işi hesablamamışdılar: Azərbaycan xalqının haçansa bir müstəqil dövlət kontekstində Türkiyənin erməni məsələsində yanında olacağını. Lorens Araviyski bölgəni böləndə əlbəttə ki, Azərbaycanı bir müstəqil ərazi kimi düşünmürdü. Bu gün iqtisadi baxımdan güclənmiş Azərbaycan bölgədə söz və güc sahibi olmaqla Siyasi texnoloqlara bir daha öz yazılarına baxmaq mesajını verir. İran Ermənistanı dünyanın iqtisadi gerçəkliyindən təcrid olunduğu üçün dəstəkləyir. Rusiya Ermənistandan bir neçə iqtisadi projeyə basqı kimi istifadə edir.

Bu gün Qarabağ müşkülü olmasaydı, Azərbaycan-İran, Azərbaycan-Rusiya münasibətləri tamam başqa müstəvidə müzakirə olunacaqdı. Bu mənada Ermənistan həm də Qərbin əlində oyuncaqdır. Bir sözlə, Ermənistan dövlət deyil. Ermənistan bir siyasi layihədir. Bu layihəni yazıblar və icra edirlər. Və bu layihədən ən çox əziyyət çəkən də elə erməni xalqıdır. Bir xalq nə qədər xəstə təxəyyüllə bizi genosid eləyiblər deyər. Siz nağıl gerçəkliyində olan bu xalqın psixoloji vəziyyətini düşünə bilirsizmi? Azərbaycan isə real olaraq güclənir. Ordusu, müttəfiqləri var. Özü silah istehsal edir. Qarabağ məsələsinin həlli ancaq vaxt söhbətidir. Azərbaycan həqiqətləri artıq bir çox dünya dövlətləri tərəfindən qəbul olunur. Mitinq keçirtməklə, bayraq yandırmaqla, dünyanı emosional tərzdə yumşaltmaqla, yalanla artıq siyasət qurulmur.

Dünya praqmatik bir gerçəklikdə, gücün və pulun havasında fırlanır. Bu müstəvidə isə bizi, özləri özlərini iki əsr genosid etmiş ermənilərlə müqayisə etmək olmur. Bizim bir dövlət olaraq bugünkü varlığımız, siyasi texnoloqları bölgə siyasətində korrektələr etməyə məcbur edir. Nağıl ilə gerçəkliyin fərqi budur ki, nağıl haçansa bitir. Gerçəklik isə əbədidir, cənablar, azərbaycanlıların Azərbaycanı kimi. /aznews.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.