Rəbiqə Nazimqız yazır
13.04.13

Başını oturacağın söykənəcəyinə dayayırsan. Heç nə düşünmürsən. O qədər rahat, o qədər xoşbəxtsən ki... Bu barədə yanındakına - səndə bu harmoniyanı yaratmağa nail olan adama deyə bilmirsən. Alınmır, ya demək istəmirsən, ya qorxursan, xoşbəxtliyinin onu qorxudacağından qorxursan. Hə, hissləri dilə gətirmək qarşındakı adamda müəyyən məsuliyyət yaradır. Məsələn, kimisə sevirsən, o da bunu hiss edir, istəyəndə zəng edirsən, görüşə çağırırsan, heç bir problem yaranmır. Elə ki münasibətini bildirdin... vəssalam, nə arxayınlıqla zəng vura bilirsən, nə görüşə çağıra... elə o da...

Hə, bunları düşünüb susursan. Nə fərqi, səni xoşbəxt eləyən nədi - sevgi, anlaşma, ya ehtiras. Heç bir fərqi yoxdu, biz çox zaman hisslərimizə ad axtarmaqla məşğuluq. Hər şeyi də elə bu qəlizləşdirir...

Ona görə də susursan. Bilirsən ki, bususqunluq çox davam etməyəcək. Özünü tanıyırsan axı. Bu hissi də tanıyırsan...

Amma hələ susursan. Məsələn, gözlərini yumub öz halından heç kəsin xəbər tutumasını istəmirsən. Bərk-bərk gizləyirsən hissini. Onun baxışlarını hiss edirsən - mehriban, yumşaq, isti... Bayırda yağış yağır. Onun şüşədə açdığı izi hiss edirsən, görmürsən - gözlərin yumuludu axı... Bu zaman o dözmür, soruşur:

- Yuxun gəlir?

- Hə, - deyirsən. Gülümsəyirsən. Təşəkkür eləmək istəyirsən. Eləmirsən. Eqoistlik imkan vermir. Bütün ömrün boyu bu oturacaqda oturmaq istəyirsən. Amma vaxtdır, getməlisiz, sizi gözləyirlər...

Başqaları... Şahidlər... Sizin münasibətləriniz barədə heç nə bilməyən adamlar... Onlara başa salmaq istəyirsən ki, mən xoşbəxtəm, heç vaxt belə xoşbəxt olmamısan...

Qapını açır, çıxırsan. Nağıl başa çatır. İndi nağılına şübhələr, tərəddüdlər, qorxular gələcək. İndi nağılın dayanacaq. İndi...
"Getməyək" deyə bilmirsən. Onsuz da getmək lazımdı, nə fərqi hara...

Bütün ömrünü yağışa baxmaqla keçirə bilməzsən. Həm də ona görə ki, yağış həmişə yağmır...

Sonra... nə sonra e... sonra oturub bunları yazırsan... Yazırsan ki, o yağışlı günü bir də yaşayasan... Heç olmasa, xatirində... Heç olmasa, indi təşəkkür eləmək üçün... Gecikmiş təşəkkür... Gecikmiş adam... Gecikmiş sən... Gecikmiş yazı...

Deyə bilmirsən ki, elə həmin gün səni qorxudan nə idi... Deyə bilmirsən... O da bilmir... Hərçənd bilir... Yəqin ki, bilir...

Avanqard.net

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.