Ayxan Ayvaz - Avtobioqrafiya
20.03.13

1992-ci il gülüş günü olan aprelin 1-də (deyəsən, Anton Çexovla eyni gündə) Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olmuşam.
Markes deyirdi ki, mən sehrbaz olacağımı zənn edirdim, yazıçı oldum.
Özüm də bilmədən yazı yazmağa başladım.
İlk dəfə “Ulduz” jurnalında çap olunsam da, bu heç kimin vecinə olmadı.
“Proloq” qəzetində çap olunan “Mən necə Polat Alemdar oldum?” hekayəsi isə məni əməlli-başlı ədəbi mühitdə tanıtdı.
Hətta gənc şair Aqşin Yenisey müsahibələrindən birində “Ayxan ədəbiyyatımızın son beşiyidir” dedi və mənim qoltuğuma qarpız verdi.
O gündən özümü lazımlı adam hesab etdim.
“Qulliverin səyahəti” romanındakı Nəhənglər ölkəsinin ən balacası olmaqla fəxr hissi keçirirdim və həmin obraz kimi yerimi heç kimə vermək istəmirdim.
Ardıcıllıqla yazılar yazıb ədəbiyyat portallarında dərc olunduqdan sonra müsabiqələrə qatıldım.

“Proloq” qəzetində çap olunmuş hekayələrimə görə “Mahmud Qaşqari” adına fondun diplomuna, II Nəsimi Milli Ədəbiyyat Müsabiqəsinin “Hekayə” nominasiyasında, bir də Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Yeni adlar” layihəsində II yerə sahib oldum. Ancaq bu mükafatların nəyə yaradığını indinin özündə belə anlamaqda çətinlik çəkirəm. Aldığım diplomların hamısı sandıqda tozlanmaqla məşğuldu.
“Nota”, “Ədəbiyyat naminə” qəzetlərində köşə yazıları ilə çıxış etdim, ancaq bir kor qəpik belə almadım. Əksinə həbsxanaya atılmaq təhlükəsi ilə üz-üzə qaldım, həm də üzərimə “yekəxana” damğası vuruldu.

“Mərkəz” qəzetində işlədiyim günlərdən roman yaza bilirəm. Burda qısaca keçmək mümkün deyil. Seymur Baycan haqqında yazdığım yazının orda çap olunmağına hələ də şaşırıram.
“Ekspress” qəzetini isə xoş xatirələrlə xatırlayıram.
Kulis.azda öz tənbəlliyim ucbatından qala bilmədim. Bir də fərdlərin önə çıxması və mənim “posledniy” adam olmağım heç xoşuma gəlmədi. Ona görə də orda çox qala bilmədim...
Heyf ki, Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm... Ancaq yazmağım bir-başa AYO ilə bağlıdır.
Bakı Slavyan Universitetinin tələbəsiyəm. Heç kimdən heç bir tələbim yoxdu. Həyatım qaydasındadır... Məni buraxın belə də yaşayım...
Hələ anlatılası çox şey var... /publika.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.