Qismət Əkrəm Əylislidən yazdı
30.01.13

Zbiqnev Herbertin xatirəsinə.

Zaman yeganə dərmandı ki, onun son istifadə tarixi olmur. Əksi olsaydı, dünya indi olduğundan min dəfə bərbad bir yer olardı, amma madam ki, zamanın dərman olması ilə ən azı dil qatında razılaşmışıq, demək zamanın bizə təsir etməsi üçün, onu həm də qəbul etməyə çalışmaq lazımdır.

İnsan oğlu qəribədi, xüsusən biz çox qəribəyik, zaman elə bil bizdən kənar bir yerdə hərəkət edir, bizim elə bil ona heç bir dəxlimiz yoxdur. Bağçasında təmizlik pulu, məktəbində süpürgəçi pulu, təmir pulu, universitetində imtahan pulu verə-verə böyüyürük, bunu həyatın çox adi həqiqəti, dünyanın gərdişi kimi qəbul edirik, sonra başlayır maşını vuranda yol polisinə görüm-baxım eləmək, “JEK”dən sənəd alanda, övladı filan yerə düzəldəndə şirinlik vermək, beləcə, orta statistik ömrümüz çoxu qanunsuzluğu yemləməklə ötüb keçir. Sonra da deyirik ki, bu ölkənin adamları niyə qaraqabaqdı, nevrotikdi, rəngsizdir, acıdildi, həzərat, bütün ömrü şirinlik verməklə keçən adamda şirinlikmi qalar ?!

İliklərimizə qədər eqoist, yekəxana, qudurğan, imansız, inamsız olmuşuq. Göydələnləri süngü kimi səma deşmək istəyən şəhərin adamları ağzı açıq yuxarı boylanırlar, ayaqlarının altında isə həqiqət can verir.

Binalar tikilər-sökülər, “JEK” müdirləri dəyişər, qəzetlər açılar-bağlanar, bu gün azğı köpüklənə-köpüklənə millətdən danışan psevdo-vətənpərvərlərin izi-tozu qalmaz bir gün, amma gerçək ziyalıların, bu gün yaxşı yaşamaq üçün, rahat yaşamaq üçün kütlənin fikri hansı rəngdədirsə, o rəngə bürünməyən sənətçilərin fikirləri min il sonra da indi deyilmiş kimi təzə görünər.

Bütün zamanlarda millətçilik də, vətənpərvərlik də ən mədəni al-ver vasitəsi olub. İstisnalar həmişə olub, onlar isə gerçək vətənpərvər, həqiqi ziyalı olduğu üçün səfalət içində yaşayıblar. Həmişə belə olub: o həqiqi ziyalılar elə ki, dünyadan köçür, onun heykəli ucaldılır və ildə iki dəfə, doğum və ölüm günündə həmin heykəlinin qarşısına yığılıb, kövrəlmək, onun haqqında xatirə danışmaq ənənəsi başlayır, yəni ki, al-ver davam edir.

Bütün bunları niyə yazıram ? Çünki indilərdə Əkrəm Əylisliyə qarşı qəribə, əcaib bir kampaniya işə düşüb. Mən estetika etibarilə bəlkə də Əkrəm Əylisliyə ən uzaq adamam, amma bilirəm ki:

Əkrəm Əylisli Azərbaycan dili deməkdir

Əkrəm Əylisli ədəbiyyat yanğısı deməkdir

Əkrəm Əylisli açıqsözlülük deməkdir!..

***

Məşhur polyak şairi Zbiqnev Herbertin ünlü polyak rəssamı, esseisti, sənətşünası Yuzef Çapskiyə ithaf etdiyi bir şeiri var. Şeir "17.IX" adlanır. 1939-cu ildə 17 sentyabrda Çapski rus ordusu tərəfindən həbs olunmuş, Starobelskdə polyak əsirləri üçün olan yerdə məhkumluq həyatı yaşamışdı. Herbert şeirdə həmin tarixi yazır və şeiri belə bitirir:

"... bizdən sonra gələnlər yenidən vaqif olsunlar
sənətlərin ən çətininə, yəni bağışlamaq sənətinə."

Bəylər, xanımlar, bağışlamaq sənətini öyrənməyə çalışmalıyıq, həm də ona görə ki, bir gün Əkrəm müəllimin düz demədiyi anlaşılsa, onu da bağışlamaq üçün vərdişimiz olsun.

P.S. Düşünürəm ki, bu ölkədə Əkrəm Əylislinin heykəli olacaq və o heykəlinin önündə hər il anım günü keçiriləcək. Orda rəngbərəng qalstuklu kişilər, ziyalılığı yamsılayan eynəkli xanımlar belə çıxış edəcəklər : “Əkrəm Əylisli tolerant, barışdırıcı bir ziyalı kimi həmişə bizim mayakımız olub.” Al-ver davam edəcək. /kulis.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.