Rəşad Məcid - Harınlar və sevinənlər...
26.01.13

İsmayıllıda kədərli və düşündürücü olaylar baş verdi. Bəlkə də zahirən xırda görünəcək bir münaqişə insanların hissiyyatına toxunan ifadələrdən sonra kükrəyən etiraz aksiyasına səbəb oldu. Orda, o balaca, saf, sakit rayonda insanlar qəzəblənib, emosiyalar qıcıqlandı.

Burda – Bakıda təzə politoloqlar, “müdrik” ekspertlər, “canıyananlar” ortaya çıxıb hadisələri “təhlil edir”, dürlü-dürlü sonuclar, səbəblər ortaya qoyurlar, sifətlərdə Günəş yanır, sevinirlər. Hadisədən kədərlənənləri, məyus olanları, düşünməyə başlayanları anlayıram. Amma sevinənləri başa düşməyə heç gücüm çatmır.

Dağlar qoynundakı bu balaca şəhərin sakinləri təhqir olunub, insanlar ani şəkildə coşub və  etiraz ediblər.

Dağlıq, mənzərəli bölgələrimizdə insanlarımız tarixən qonaqpərvər olub, kasıb olub, amma mərd olub. Qonağa süfrə açmağa ərinməyib, olanını əsirgəməyib. Amma bu kasıb, mərd təbəqə heç vaxt harınlığa dözməyib, özünün təhqir olunmasına imkan verməyib.

Hardansa pula yiyələnmiş, harınlamış, yetişməmiş bir gənc gəlib sənin rayonunun tən ortasında insanları uzun illər yaşadığı ev-eşiyindən edib, dəbdəbəli otel tikdirir, bahalı maşınlarla şütüyüb, ədalı, yekəxana davranışıyla insanlara meydan oxuyur. Belə olanda əlini cibinə atanda boş qayıdan ovuclar, əlbəttə, yumruğa dönəcək, beyin qəzəb kükrəyəcək.

Son illər qəfil varlananların, harınlayan məmurların, təəssüf ki, yerli camaata, insanlara münasibəti belədi: kasıbları adam saymamaq, qaba rəftar eləmək. Sən bir rayonda pul qazanırsansa, yerli insanlarla rəftarda da korrekt olmalısan. Bir salam yerinə beşini verməlisən, xeyriyyəçilik, mesenatlıq etməlisən. Məmurlar da eləcə... İnsanlarla normal ünsiyyət qurmalı, heç olmasa, dinləməyi bacarmalıdılar.

Təəssüf ki, harınlıq və təbəqələşmə son illər cəmiyyətimizin ən əsas bəlalarından birinə çevrilib. Pulu, vəzifəsi olan bir çox məmurlar, iş adamları sadə adamlara qarşı kobud, qaba, saymazyana münasibət göstərməkdən sanki zövq alırlar.

İsmayıllıda da belə oldu. Qəfil gələn çoxlu pulun eyforiyasında çaşan harın bir gəncin ədabaz, düşünülməmiş hərəkətləri insanları özündən çıxardı, maşınların, otelin yandırılmasına, insanlarımızın bir-birinə düşmənçiliyinə rəvac verdi. O daş atan da, o suçiləyən maşını sürən də, o dubinkayla vuran, qaz balonuna adamlara tuşlayan da, o qazdan boğulan da bizik!

Emosiyalar soyumalı, sakitləşməli, bu kədərli hadisələri geriyə, tarixə buraxıb, səbəbləri düşünməliyik, bunu aradan götürməyə çalışmalıyıq! Xalqın uzun illərin təcrübəsi əsasında yaratdığı atalar sözləri, məsəllər var: “Döymə taxta qapımı, döyməyim dəmir darvazanı”. Bu, təbəqələşmiş insan cəmiyyətində sakit, yanaşı yaşamaq düsturudur.

İndi keçək sevinənlərə! Bu kədərli hadisədən “qoğal” sifətlərində çiçək açan, günəş doğan insanlara! Sosial şəbəkələrdə, internet-radiolarda emosiyaları qızışdırıb insanların sakitləşməsindən məyus olanlara! Alovun səngiməsinə imkan verməyənlərə, odu körükləyənlərə! Niyə sevinir, axı, bu insanlar? İnsan təbiətinə xasdı – sənə əziyyət, zülm, acı çəkdirənə qarşılıqlı əzab vermək ehtirası, qisas almaq, sonunun hansı fəlakətlərə gətirib çıxaracağını fikirləşmədən münaqişə toxumları səpməyə davam etmək! Amma insana xas bir keyfiyyət də var, nadir keyfiyyət olsa da, var – bağışlaya bilmək keyfiyyəti! Bağışlaya bilməliyik! Böyüklük göstərməliyik! Hamımızın naminə! Vətənimizin naminə!

İndinin beyni qanlı, üsyankar gənclərinin doğulduğu illərdə zəif, gücsüz hakimiyyətlərin ölkəyə hansı fəlakətlər gətirdiyinin şahidi olmuşuq, ağrılarını yaşamışıq! Viran qalan yurd-yuvalarımızın acılarını görmüşük! Xaosa, anarxiyaya sürüklənən ölkənin təhlükəli aqibətinin şahidi olmuşuq! İndi də ərəb ölkələrində qiyamların, “inqilabların” nəyə gətirib çıxarmasını müşahidə etməkdəyik. Fışqıran qəzəbin, şahə qalxan kinin, düşmənçiliyin dövlətimizə, dövlətçiliyimizə hansı bəlalar gətirə biləcəyini düşünmək bəs edər ki, bu ani sevinci, yalançı qaliblik hissini unudasan! Qalib olmur burda!

Dörd tərəfdən Azərbaycana, onun müstəqilliyinə düşmən kəsilən, bunu sinirə bilməyən ölkələrin dəyirmanına su tökmək, qisas hissi yaxşı nəsə vəd eləmir – nə İsmayıllıdakı sadə adamın cibinə, nə rahat pul qazanıb harınlayanlara, nə etinasız davranan məmurlara heç bir xeyri ola bilməz bunun!

Kədərlənək, düşünək, səbəbləri aradan qaldırmağa çalışaq. Amma sevinməyək! /525.az/


Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.