Aqşin Yenisey - Çəpərüstü söhbət
07.12.12

Yaxın bir qonşum var, adı Pörüzdü; o, kənddə yaşayır, mən şəhərdə. “Pörüz” adının etimologiyasının qaynağını nə qədər axtardımsa, nəticəsi olmadı, dünya dilologiyasının dili qurudu, hətta ad və rəmzlərin əcdadını araşdıran məhşur Eko belə, Facebook yazışmalarımızda etiraf etdi ki, Pörüz mənlik deyil, üz vurma.

Pörüz həm də bizim ulu babamızın adıdı, deyilənə görə, şumer olub, amma kənddə söz-söhbət gəzir ki, o kişi şumer yox, sak-massaget tayfalarından imiş. Nəsə, tarix özü sübut edəcək kim şumerdi, kim massagetdi, kim isə sadəcə...

Mən nağdı qonşum olan Pörüzü qoyub, nisyə ulu babam qədim Pörüzün dalınca lökkümək fikrində deyiləm.

Gör indi bu, məndən çəpərin üstündən nə soruşur:
- Ayə, (zarafatımız var deyə, mənə həmişə bu cür milli xitab edir) o Cenniferdi, Lopezdi nədi, adı da dilimə yatmır, bir ətək pul töküb gətirdiniz Bakıya ki, onun dalına baxıb qabağa gedəsiniz. Bəs nə oldu? Kimin tükü tərpəndi? Kim ona qulaq asıb dərslərindən beş almaq eşqinə düşdü? Hansı məmurun vicdanı, nəhayət ki, vicdana gəldi? Hansı kitab dükanının qabağında oxucular bir-birini qırdı? Ə, pulu Cenniferin dalına yox, millətin qabağına xərcləmək lazımdı.

Pörüz elə bilir ki, paytaxtda baş verən və onun axşam “Xəbərlər” proqramında qulaq asdığı bütün siyasi, ictimai, hətta ibtidai eybəcərliklərdə mənim də əlim var.
Dedim a kişi, (zarafatımız var deyə ona belə xitab edirəm) bir xalqın ki, çayının rəngi “xoruzquyruğu”, arağının adı “Xan”, pivəsinin dadı “Xırdalan”, həyat yoldaşının təxəllüsü “Canan”, quldurunun ləqəbi “İman” ola, ondan başqa nə gözləyirsən? 

And olsun Aleksandır Dümanın müasir klavyaturalardan daha iti yazan qaz lələyinə, söz Pörüzü tutdu. Dərhal mövzunu dəyişdi:
- Bəs o nədi yazmısan ki, insanın üç başı var; ayıq, içkili və paxmel?

Dedim, dayı, (ciddi mövzulara keçəndə, həmişə ona “dayı”, “əmi” deyə xitab edirəm, hətta bir dəfə, türkmənlər dənizin o tayından baxıb bizim ağır tonajlı bayrağımızı görəndən sonra özlərinə bu üçrəngli bayraqdan daha yekə bayraq qayıranda, çaşıb “bibi” də demişəm, yaxşı ki, qulaqdan bir az astagəldi). Bu, bir şair çərənçiliyidir. Yəni demək istəmişəm ki, kişi sevəndə içkili başla sevir, evlənəndən sonra ayılır, ayılandan sonra isə öz sevgisinin paxmelindən əzab çəkir. Yoxsa deməmişəm ki, kişi üçbaşlı əjdahadı, gəlib yatıb kəndin kəhrizinin üstündə, qız-gəlinə də aman vermir səhənglərini doldursunlar. Əslinə baxsan, bacanaq, (onsuz da ağır eşidir) insanın heç başı olmasa yaxşıdı. Təsəvvür et ki, heç birimizin başı yoxdu, yəni hamımız Mayn Ridin “Başsız atlısıyıq”. Mustanqımıza minib özümüz üçün dolaşırıq otu yanmış düzənlərdə. Başımız bədənimizin həyatını korlamaqdan başqa nəyə yarayır ki? Təsəvvür et ki, evlənmisən, amma arvadının başı yoxdu. Başı yoxdusa, deməli, gözləri yoxdu, aha, heç nəyi görməyəcək. Deməli, qulaqları yoxdu, əla, heç nəyi eşitməyəcək. Əsas məsələ; ağzı yoxdu, super, deməli, deyinməyəcək. Deməli, bütün ömrünü qulağı dinc yaşayırsan, hələ üstəlik, dünyaca məhşur bir əsər də yazırsan; “Başsız arvad”. Yəni ay xiyar, (onsuz da, eşitmir) mən insanın başının yox, bədəninin tərəfindəyəm.

Gör indi Pörüz nə cavab verir:
- Atalar deyib ki, bar verən ağac başını aşağı dikər. Buna nə sözün?

Dedim, ay qoyun, (kar şeydi, onsuz da, eşitmir) bar verən ağac, əksinə, başını uca tutmalıdı. Bar verib başını yerə dikmisənsə, deməli, bar verdiyinə əmin deyilsən. Deməli, özün-özündən şübhələnirsən.

Mənim gördüklərimi sən hətta eşidə bilmirsən, Pörüz! Necə xoşbəxt bəxtin var. Kar qulaqlarına paxıllığım tutur. /Publika.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.