Vüsal Nuru: Bəlkə elə tanrı özü də qadındır kim bilir?! – MÜSAHİBƏ
15.11.12

“Məhkumlar “ serialının ssenari müəllifi ilə müsahibə


Vüsal Nuru üçün qadın kimdir?

Mənim üçün insanlar içərisində qadın məfhumu ən böyük və ən müqəddəs varlıqdır. Belə bir aforizm var : ”Bəşəriyyət qadınlardan və övladlardan ibarətdir”.Yəni qadınlar yeganə varlıqdır ki, doğub törədir. Tanrı artma, törəmə xoşbəxtliyini, mükafatını funksiyasını təkcə qadına verib. Biz də anamızın bətnində yaşamışıq, sonra bu dünyaya gəlmişik, onun canından ayrılıb yenə də onun canı olmuşuq. Qadın mənə görə tanrı qədər müqəddəsdir. Bəlkə elə tanrı özü də qadındır kim bilir?! Bəlkə kişilər öz kişi təxəyyülü ilə belə fikirləşir ki, biz kişiyik, deməli tanrı da kişidir. Qadınlar ağıl, kişilər isə fiziki gücü ilə güclüdürlər. Qadın kişidən qat-qat ağıllıdır. Kişilər qadın qarşısında çox acizdirlər, körpədirlər. Belə bir deyim var deyirlər ki, dünyanın bütün alimləri yığışdılar bir qadını kəşf edə bilmədilər. Edə bilməyəcəklər də. Dünyada elə mütəfəkkiri, elə elə qail adam yoxdur ki, o bir qadına aldanmış olmasın, Mənim “999” romanımda belə söz yazmışam: “Qadının möhtəşəmliyi bundadı. Qadının cazibə qüvvəsi yerin cazibə qüvəssindən iki dəfə çoxdur”

Bu dediklərinizi bütün qadınlara aid edirsiniz?

Qadınlarda müxtəlif cürdür. Təbəqələrə bölünür. Mən qadın deyəndə nümunəvi qadınları, qadın və ana adına laiq olanları nəzərdə tuturam. Amma qadın adına “LƏKƏ” olanlarda var. Bu gün doğub səhər övladını küçəyə atanlarda var. O ana deyil. Onun küçədəki heyvandan heç bir fərqi yoxdur. Dünyada bir qadın adı var, bir ana adı var… O anadan, o qadından söhbət gedir. Biz onun qarşısında səcdədə olmalıyıq. Yəni Qadın Tanrısı qarşısında….

Bəzən belə deyirlər: “kişi gedib gəzər gələr” – amma qadın hər zaman evində oturmalı kişiyə sadiq olmalıdır. Kişi xəyanət edə bilər bu bağışlanılan haldır, amma qadın əsla …Buna münasibətiniz necədir?

Bu fikirlər xəstə düşüncəli insanlara aiddir. Mən qəti bu fikirlərlə razılaşmıram. Kişi olanda nə olsun ki?! Ancaq bunu deyim ki,biz öz gülümüzü heç kimlə paylaşa bilmərik. Bu da yenə də qadınımıza verdiyimiz dəyəri, hörmətimizi, ona olan məhkumluğumuzu göstərir. Çünki biz türkük , avropalı deyilik ki…

Qadına bu cür dəyər verən Vüsal Nuru “Məhkumlar “ serialında tamaşaçıya nəyi aşılamaq, hansı mesajı yollamaq istəyir?

“Məhkumlar”da qabartdığım məsələlər qadının müqəddəsliyini ortaya çıxartmaqdan ibarətdir. Qadını əxlaqsız kimi ortaya qoymağı mən xoşlamıram. Onu hamı bacarır. Qadın o, deyil.O müqəddəsdir və qadın da anlamalıdır ki, o əsl qadındır, kiminsə artığı deyil. Özünə qiymət vermək üçün isə o, əsl qadınlığını hiss etməlidir. Qadın bilməlidir ki, o kişinin başının tacı, müqəddəsi, onun tanriçası olmalıdır. Məhkumlar serialında qadın zorakılığından, qadınların hüquqlarının əlindən alınmasından və s. problemlərdən danışırıq,ancaq onların təbii ki, həlli yolları da növbəti bölümlərdə aşkarlanacaq.

P.S Qadınlara çox yüksək (əslində laiq olduqları) dəyər verən yazıçı Vüsal Nurun müsahibəsini sizlərə təqdim etdik. İnanın mən birinci dəfə idi ki, qadın haqqında danışarkən bu qədər səmimi, gözləri işıldayan insan görürdüm. Bu nə rol idi, nə də ssenari yazmaq adi səmimi söhbətimizdən yaranan bu müsahibəni oxuyan hər bir xanım mən inanmaram ki, öz xanımlığı ilə fəxr etməsin.Özünə verdiyi dəyəri artmasın. Hələ bu yaxınlarda nəşr olunan “999” adlı kitabı oxuyarkən keçirtdiyim hisslərdən danışmıram. Həmişə içimdə bir hiss olub kaş mən də oğlan olardım. Amma bu roman mənə elə təsir edib ki, inanın bir də nə elə şey fikirləşərəm nə də ki, öz xanımlığımı, qadınlığımı nəyəsə və ya kiməsə dəyişərəm. Kitabda deyildiyi kimi: “Bütün gözəlliklər qadından başlayır. Qadın dünyanın qurucusu, kişi isə uçuranıdır. Həzzə qurban olan qadınlar xainlərdi. Onlardan olma.Qadınsan, yerin başdadır, fahişəsən yerin yoxdur…və s.”kimi fikirləri oxuduqca insanın fikirlərinin dəyişməməsi mümkün belə deyil. Düzdür jurnalistə fikir bildirmək olmaz amma üzürlü bilin mən bu dəfə bu streotipi aşmalı oldum.


Əfruzə Ağayeva, Avanqard.net


Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.