Sayman Aruz: “Yüz il inqilab” romanımla inqilab eləmişəm
24.10.12

“Müəllifin kitabı” layihəsinin suallarını bu dəfə gənc yazar, Azərbaycan Yazıçılar Birliyinin Cənub şöbəsinin müdiri Sayman Aruz cavablandırır. Onun Yüz il inqilab kitabı haqqında müsahibəsini təqdim edirik. 

- “Yüz il inqilab” edə bildinizmi?

- Kiatbı nəzərdə tutursuzsa məncə inqilab eliyə bilmişəm. Amma Güney Azərbaycanı nəzərdə tutursuzsa cavabım yox olacaq. Yüz ildir inqilab etməyə cəhd və təlaş edirik amma heç bir ürək açan nəticə əldə eləyə bilməmişik.

- Sayman bəy, romanın yazılma səbəblərindən danışardınız?

-Mən yazıçıyam deyə yazıram və bu sözünüz elə “Yüz il inqilab” romanıma da şamildir. Ancaq doğrusu bu roman hardasa özündə milli ideologiyanı daşıdığı üçün mənim böynumda milli bir borc idi və mən onu yerinə yetirməyə çalışdım. Güney Azərbaycanda ən böyük problemlərdən biri elə vətəndaşların biri-birinə biganə yanaşması və yekdil olmamasıdır. Məncə biz bir millət olaraq bu yekdilliyi yarada bilməyənə qədər uğur qazana bilməyəcəyik. Yəni bu romanda yazılan kimi, kimisə xalqa dəxli olmayan hakimiyyətə qulluq edərək öz millətinə qarşı çıxır və öz miilətinə qənim kəsilir, kimi isə də milli haqlar və demokratiya uğrunda işgəncələri və ölümü belə göz önünə alır və öz vətəndaşı və soydaşı əlində əsir olur.

- İstədikləriniz yaza bildinizmi bu romanda?

-Deməzdim ki, tam istədiklərimi yazmışam. Güney mövzusu o qədər qəliz və qorxulu, eyni zamanda sirrlidir ki, onu bir kiçik romanda yazıb qurtarmaq olmaz. Mən sadəcə çalışmışam ki, orada olan ictimai-siyasi həqiqətləri çox sadə şəkildə yeni nəslimizə çatdıram. Quzey Azərbaycan Güneyin nə çəkdiyindən heç xəbəri yoxdur. Bu roman hardasa başımıza gələnlərin bir hissəsini göz önünə sərir.

- Niyə məhz “Yüz il inqilab”?

-Səbəbi son yüz ildə Güney Azərbaycanda olan inqilablarıdır. Bildiyiniz kimi son yüz ildə orada dörd böyük inqilab olmuşdur və son nəticədə biz hələ də fars faşızmlərinin əlində, öz evimizdə əsir düşmüşük.

- Romanda Güneyin problemlərini nə qədər qabarda bildiniz?

-Oqtay Rzanın şeiri yadıma düşdü. Deyir: “Qalın kitablar var hikməti yoxdur, ölkə tanıyıram milləti yoxdur”. Bu roman səhifə sayı baxımından kiçik romandır və təbii ki, Güneydə olan hadisələri tam əks etdirə bilməyib. Ancaq çalışmışam ki, ən önəmlilərin və xüsusiylə Sulduz şəhərinə aid olan əsaslı hadisələri yazım.

- Kitabın ədəbi aləmdə əks-sədası səni qane etdimi?

-Hələ bu sualı soruşmaq biraz tezdir. Ancaq bir çox oxucular mənimlə zəng və e-mail vasitəsiylə əlaqə saxlayıb öz təəssüratlarını bölüşdülər və bölüşürlər. Elə olub ki, gecə saat 12:00 da mənə zəng eliyib romanı yazdığım üçün təşəkkür eləyiblər. Romanda gedən hadisələr bura oxucuları üçün yenidir. Ona görə də bu kitabı oxuyan hər kəs ondan dəhşətə gələ bilər.

- Öz kitabını oxuculara necə təqdim edərsən?

-Müasir Azərbaycan gəncləri və milləti üçün milli bir manifestdir!

-Cənubla bağlı ədəbi mətnlər sizi qane edirmi?

-Qətiyyən qane etmir. Əlbəttə çalışanlar və yazanlar çoxdur amma kafi deyil. Güneyli yazar və şairlərin kitabları çap olunmur və ədəbi prosesdə demək olar ki, görünmürlər. Onu da qeyd edim ki, Quzey ədəbi mühiti sanki Güneyliləri itələyir. Yəni qəbul etmək istəmir. Bəzən eşidirəm ki, Güney ədəbiyyatını ümumiyyətlə qəbul eləmiyənlər də olur. Mən bununla razı deyiləm. Düzdür, biz öz dilimizdə təhsil almamışıq ancaq əminliklə deyə bilərəm ki, Güney ədəbiyyatı, xüsusiylə çağdaş ədəbiyyatı kəmiyyət deyil, keyfiyyət baxımından qat-qat Quzey ədəbiyyatından dərin və güclüdür.

- İndi nə yazırsan?

-Yeni bir roman üzərində işləyirəm. Bu roman daha geniş və detallı bir əsər olacaq və razı qalmayan oxucuları qane edəcək inşallah. “Adın azadlıqdır” adlı şeirlər toplusunu da çapa hazırlayıram.

- Oxuduğun hansı əsərləri yaxınlarına məsləhət görürsən? (Gənc və yerli müəlliflər)

-Nikos Kazantrakisin bütün əsərlərini oxusunlar. Ümumiyyətlə təklif edirəm ki, rus ədəbiyyatından uzaqlaşmağa başlasınlar. Məncə rus ədəbiyyatı Azərbaycan ədəbiyyatının inkişafına mane olur. Azərbaycan ədəbiyyatının dünyaya çıxışının qarşısını alır. Rus ədəbiyyatı mizelərdə yaşamalıdır. İndiki dövrdə Güney Amerika ədəbiyyatı və hətta şərqin özündə yaranan ədəbiyyat daha dərin, avanqard və doğaldır. Təklif edirəm Güneyli yazar, Qulamhüseyn Saidinin əsərlərini oxusunlar.

-Bir müddət öncə ədəbi qalmaqallar gündəmi zəbt etmişdi. Sənin buna münasibətin necədir?

-Bir mənalı olaraq bu mənasız qalmaqallara qarşı deyiləm! Ədəbi qalmaqallar ədəbiyyatı yaşadır ancaq unutmayaq ki, bəzən yaza bilməyən və əlindən bir iş gəlmiyən “yazarlar” özlərini gündəmə gətirmək üçün bu yollara əl atırlar. Ədəbiyyatda yaşaya bilməyənlər qalmaqallarda yaşamaya çalışırlar. Məncə Quzeydə olan bir çox qalmaqallar yazarlar arasında deyil, bəlkə köşə yazanlar və qonararçı “yazarlar” arasında olur. Təbrizlilər demişkən: “Əmi vay davası deyil, zəmi vay davasıdır!” Yəni ədəbiyyat davası deyil, vəzifə və “mən səndən yekəyəm” davasıdır. Bir çox saytlarda sarı ədəbiyyat ciddi ədəbiyyat yerinə və mənasız və dəyərsiz kəlmə yığıntılarını da şeir yerinə oxucuya sırıyırlar.

/nota.az/

Yenililklər
20.05.24
“Linqvistik nəzəriyyənin əsasları” kitabı nəşr olunub
20.05.24
Hüseyn Arifin anadan olmasının 100 illiyi münasibətilə “Arxada qalan illər” adlı kitab nəşr edilib
20.05.24
Fransada azərbaycanlı rəssamın fərdi sərgisi keçirilib
15.05.24
Ülvi Babasoyun “Ədəbiyyatda postmodernizm: oyun estetikası” kitabı təqdim olunub
09.05.24
Həcər Atakişiyeva - Məhəmməd Füzulinin poeziyasının dili və üslubi xüsusiyyətləri
06.05.24
Həmid Herisçi: Öz adıma ədəbiyyat müharibəmi bitirdim
06.05.24
Kino Agentliyi “Qızılalma” Festivalında mükafata layiq görüldü
06.05.24
Kino ictimaiyyəti narahatdır: 38 nömrəli qərar ləğv olunacaqmı?
04.05.24
Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində
03.05.24
Gülnar Səma - Ramil Mərzilinin “Qadağan olunmuş şeirlər”i
03.05.24
Asif Rüstəmlinin “Cümhuriyyət məfkürəsi” kitabı çap olunub
03.05.24
Azad Qaradərəli - Şəhid toyu
02.05.24
ARKA-nın Apellyasiya Komissiyası müraciətlərlə bağlı qərar verdi
02.05.24
“Əlyazma abidələri: ənənə və müasirlik” kitabı çapdan çıxıb
02.05.24
Məşhur yazıçı Pol Oster vəfat edib
02.05.24
Azərbaycanlı alimin beynəlxalq konqresdə məruzəsi dinlənilib
02.05.24
Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək.

01.05.24
Orhan Aras - Bedirhan Ahmedov: Yorulmaz Bir Bilim Adamı...
01.05.24
Cavanşir Yusifli - Gənc şairlərə məktub - Sözün ayağı dəyməyən yerlər
01.05.24
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunan beynəlxalq konfrans keçiriləcək
01.05.24
Nar ağacı - Kənan Hacının yeni hekayəsi
30.04.24
Ömür gəlib keçər, qalan əməldir
29.04.24
Qulu Ağsəs - 55
29.04.24
 Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub
26.04.24
Mahir N. Qarayev - Mənə o dünyanı göstər, İlahi
25.04.24
Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimi
25.04.24
Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub
25.04.24
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
24.04.24
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib
24.04.24
IV Kitabqurdu Müəllimlərin Oxu Marafonu elan edilir
24.04.24
Nazir: Bakıdakı Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq
24.04.24
TRT-Avazın Baş koordinatoru: AzTV ilə birgə çoxlu layihələr reallaşdırırıq - MÜSAHİBƏ
24.04.24
İntiqam Yaşarın yeni şeirlər kitabı çap olunub
24.04.24
Həmid Herisçinin yeni kitabı çap olundu
24.04.24
Saday Budaqlı: Yazan adam gərək sözü hiss eləsin
24.04.24
Bakıda Qırğız kino günlərinin açılışı olub
15.04.24
Qulu Ağsəsin yeni kitabı çap olunub
04.04.24
Kino Agentliyi gənc kinematoqrafçılara dəstək məqsədilə Alternativ Kino  Akademiyası təsis edib
15.03.24
Türk mədəni irsinin qorunması üçün vahid mexanizm formalaşdırılmalıdır
15.03.24
Gülnar Səma - Ulucay Akifin “Pul axtaranlar”ı
©2012 Avanqard.net Muəllif hüquqları qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.